Icma.az
close
up
RU
İnsan nə vaxt “alkoqolik” sayılır? Cavabı təəccübləndirəcək

İnsan nə vaxt “alkoqolik” sayılır? Cavabı təəccübləndirəcək

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Sosial mediada alkoqol qəbul edən hər kəsin avtomatik olaraq “alkoqolik” hesab edilməsi ilə bağlı fikirlər səslənir. Lakin tibbi baxımdan insanın alkoqoldan asılı olub-olmadığını yalnız qəbul etdiyi içkinin miqdarına əsasən müəyyənləşdirmək düzgün deyil.

 “Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin fikrincə, alkoqol asılılığını müəyyənləşdirərkən əsas diqqət insanın içkiyə nə dərəcədə ehtiyac duymasına, qəbulunu idarə edə bilməsinə və bunun gündəlik həyatına təsirinə yönəldilir.

 Bir insanın alkoqoldan asılı olub-olmadığını anlamaq üçün bir sıra suallara cavab vermək lazımdır. Məsələn, insan həqiqətən içkiyə ehtiyac duyur, yoxsa sadəcə içmək istəyir? Alkoqol qəbul etmədikdə əsəbi, gərgin və ya narahat olur? Baş ağrısı, tərləmə, titrəmə, yuxusuzluq, ürəkbulanma və ürəkdöyünmə kimi əlamətlər yaranır? Marqarita pizza

 Digər mühüm məqam isə içməyə başladıqdan sonra insanın özünü nə dərəcədə idarə edə bilməsidir. Məsələn, bir və ya iki içkidən sonra dayana bilir, yoxsa planlaşdırdığından daha çox içməyə davam edir? Daha bir neçə içki qəbul etmək üçün davamlı bəhanələr axtarır? Alkoqol zaman keçdikcə iş, ailə, sosial münasibətlər və digər məsuliyyətlərin önünə keçir?

 Bundan başqa, qəbul edilən alkoqol miqdarının zamanla artması və mənfi nəticələrə baxmayaraq içməyə davam etmək də ciddi xəbərdarlıq əlamətləri hesab olunur.

 Bu baxımdan hər gün müəyyən miqdarda alkoqol qəbul edən insanı avtomatik olaraq “alkoqolik” adlandırmaq düzgün deyil. Məsələn, hər gün işdən sonra iki pivə içib daha sonra ailəsinin yanına qayıdan şəxslə alkoqol üzərində nəzarəti itirmiş insan eyni vəziyyətdə olmaya bilər. Əsas məsələ içkinin tezliyi ilə yanaşı, onun insanın davranışlarına və həyatına necə təsir etməsidir.

 Tibbdə də “alkoqolizm həddi” kimi konkret və hamı üçün keçərli olan müəyyən alkoqol miqdarı mövcud deyil. Müasir diaqnostik sistemlərdə daha çox Alkoqol İstifadəsi Pozuntusu (Alcohol Use Disorder – AUD) termini işlədilir.

 DSM-5 və DSM-5-TR diaqnostik meyarlarına əsasən, AUD son 12 ay ərzində müəyyən kriteriyalardan ən azı ikisinin mövcudluğu əsasında qiymətləndirilir. Pozuntunun ağırlıq dərəcəsi isə qarşılanan meyarların sayına əsasən yüngül, orta və ya ağır formada müəyyən edilir.

 CAGE, MAST və AUDIT kimi testlər isə birbaşa diaqnoz qoymaq üçün deyil, alkoqoldan istifadənin risklərini müəyyənləşdirmək və ilkin skrininq aparmaq üçün istifadə olunur.

 Beləliklə, “alkoqolik olmaq üçün gündə filan qədər içki içmək lazımdır” fikri tibbi baxımdan doğru deyil. Əsas məsələ insanın nə qədər və nə qədər tez-tez içməsi ilə yanaşı, alkoqolu idarə edib-etməməsi, içmədikdə hansı vəziyyətə düşməsi və içkinin həyatına nə dərəcədə təsir göstərməsidir.

 Xüsusilə alkoqol qəbul edilmədikdə titrəmə, tərləmə, ürəkbulanma, güclü narahatlıq kimi çəkilmə əlamətləri yaranırsa, insan içkini dayandıra bilmirsə və mənfi nəticələrə baxmayaraq qəbul etməyə davam edirsə, bu, alkoqol istifadəsi pozuntusunun əlaməti ola bilər.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Avqust 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri