Icma.az
close
up
RU
Əl barmaqlarınız gələcəkdə alkoqolik olub olmayacağınızın XƏBƏRÇİSİDİR

Əl barmaqlarınız gələcəkdə alkoqolik olub olmayacağınızın XƏBƏRÇİSİDİR

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanın barmaq uzunluqları arasındakı nisbət onun alkoqola meyilli olub-olmadığını əvvəlcədən göstərə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırmaya görə, şəhadət barmağı ilə adsız barmaq arasındakı uzunluq fərqi, ana bətnində testosterona məruz qalma dərəcəsi ilə əlaqəlidir və bu amil yetkinlik dövründə davranışa təsir göstərir.

Uzun adsız barmaq – daha yüksək risk

Müəyyənləşib ki, adsız barmağı şəhadət barmağından daha uzun olan şəxslər içkiyə daha çox meyllidir. “Testosteron göstəricisi” adlanan bu nisbət xüsusilə kişilərdə daha əhəmiyyətli nəticə göstərib. Anadangəlmə testosteron və estrogen təsiri insanın riskli davranışlara və spirt qəbulu vərdişinə meylini formalaşdıra bilər.

Araşdırma çərçivəsində 258 tələbədən məlumat toplanıb. Məlum olub ki, kişilər spirtli içkiləri daha çox istifadə edir və alkoqolla bağlı ölüm riski də onlarda daha yüksəkdir. Bu isə testosteronun ana bətnindəki təsirinin yetkinlikdə davranış modelini formalaşdırdığını bir daha təsdiqləyir.

Barmaq ölçüləri erkən diaqnostika vasitəsi ola bilər

Barmaq uzunluqları kimi fizioloji göstəricilər gələcəkdə risk qrupunu erkən müəyyən etmək və müdaxilə metodlarını təkmilləşdirmək üçün istifadə oluna bilər. Barmaq uzunluğu ilə davranış arasındakı əlaqə daha əvvəl də araşdırılmışdı, bu göstəricinin COVID-19-dan sağalma sürəti, idman göstəriciləri və aqressiya səviyyəsi ilə əlaqədar olduğu barədə elmi işlər mövcuddur.

Yeni nəticələr alkoqolizmə qarşı profilaktikada fizioloji markerlərin əhəmiyyətini bir daha gündəmə gətirir və doğuşdan gələn xüsusiyyətlərin davranış formalaşdırmada roluna dair anlayışı genişləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:287
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri