Icma.az
close
up
RU
Nə zaman tükənir insan?! Cavabı bilənlər oxumasın…

Nə zaman tükənir insan?! Cavabı bilənlər oxumasın…

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Çarlz Bukovskinin bu fikri nə zamandır beynimdə dolaşır:

“Hər kəs həyatda fərqli cür tükənir. Kimi doğru insanı gözləyərkən, kimi yanlış insana dözərkən. Və hər kəs mütləq nəyinsə bədəlini ödəyir — bəzən etdiyi seçimlərin, bəzən də etmədiyi seçimlərin. Özünü yorma, həyatına yoldaşlıq etmək istəyənlər onsuz da səninlə gələcək”.

Görəsən düz deyir?!.

Həyat insanı eyni yerdən sınamır axı... Hamımız eyni yolda addımlasaq da, yorulduğumuz, qırıldığımız nöqtələr fərqlidir. Kimi doğru insanı gözlədiyi illərdə tükənir, kimi yanlış birinə ömrünü xərclədiyi günlərdə özündən azalır. Kimi tapdığını zənn edib aldanaraq yaşayır. Amma nəticə eynidir: insan içindən bir parça itirir. Çox vaxt düşünürəm ki, bizi yoran seçimlərimizdir. Halbuki bəzən bizi daha çox yoran, etmədiklərimiz, cəsarət etmədiklərimiz, “bəlkə düzələr” deyib susduqlarımız olur. Sevməli olduğumuz yerdə susuruq, getməli olduğumuz yerdə qalırıq, qalmalı olduğumuz yerdə isə gedirik. Həyat da bunun əvəzini gec-tez bizdən alır.

Özü də necə…

İnsan ən çox özünə xəyanət edəndə tükənir. Başqalarını incitməmək üçün özünü yorduğunda… Hamını başa düşüb, özünü başa düşməyə vaxt ayırmadığında… 

Halbuki həyat kiminsə yükünü daşımaq üçün deyil, yan-yana yol getmək üçündür. Ona görə də artıq belə düşünürəm: insan özünü yormamalıdır. Nə izah etmək üçün, nə sevilmək üçün, nə də seçilmək üçün. Həyatında olmaq, sənlə YOLa davam etmək istəyən insan sənin tempinə uyğun gəlir. Səni ləngitməz, səni sürükləməz, səni tükəndirməz. Sadəcə səninlə yanaşı addımlayar. Qalanları isə onsuz da bir gün yolun kənarında qalır.

Yorulur… Tükənir… Bezir…

Çünki hər kəs həyatın içində öz yerini özü seçir. Biz yalnız kimlərlə davam edəcəyimizi seçə bilərik, kimlər üçün tükənəcəyimizi yox. Bəlkə də həqiqi rahatlıq buradan başlayır: Özün olmaqdan qorxmamaqdan. Getməli olanı buraxmaqdan. Və qalmaq istəyənlərlə sakitcə yol almaqdan. 

Yol qısadır… Ömür kimi… Düşünmə ki “uzun, incə bir yoldasın”… Bu ancaq şərqilərdə olur… Reallıq isə Fanilikdə Gizlidir… Nə xoş ÖZünü TAPana…

Oqtay Oruc, AJB-nin üzvü

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri