Icma.az
close
up
RU
İnsan odu nə vaxt və necə ram edib? Alimlər yeni sübutlar tapdı

İnsan odu nə vaxt və necə ram edib? Alimlər yeni sübutlar tapdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Alimlər müasir İngiltərənin ərazisində yeni sübutlar aşkar etdiklərini bildirirlər. Bu tapıntılar əcdadlarımızın odu necə və nə vaxt yandırmağı öyrəndiklərinə dair təsəvvürlərimizi dəyişə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBCNews" yazır.

"Nature” jurnalında dərc olunan araşdırmada alimlər 400 min il yaşı olan ocaq izləri, çaxmaqdaşından hazırlanmış alətlər və pirit parçalardan ibarət sübutlar aşkarladıqlarını təsvir edirlər. Bu qalıqlar neandertallərin bir vaxtlar yaşadığı və ya düşərgə saldığı, gölməkli meşəlik bir ərazidə tapılıb. İddia olunur ki, insan əcdadları piritə çaxmaqdaşı ilə vuraraq qığılcım çıxarıb od yandırıblar.

Tədqiqatçılar bildirirlər ki, "Barnhem sahəsi” adlanan ərazidəki bu tapıntı bəşər tarixində odun yandırılmasına dair ən qədim birbaşa sübutdur.

Nəşrdə tədqiqat müəlliflərindən biri, Britaniya Muzeyinin kuratoru Nik Eshton deyir: "Bu yerin yaşı 400 min ildir və burada yalnız Britaniya və Avropada deyil, demək olar, bütün dünyada ən erkən od yandırma izlərini tapmışıq".

O əlavə edib ki, bu kəşf insan əcdadlarının od yandırması ilə bağlı inandırıcı sübutların tarixini təxminən 350 min il geri çəkir.

Alimlər qeyd edirlər ki, əcdadlarımız odu hansı məqsədlə istifadə ediblər – bu barədə dəqiq məlumat yoxdur. Ola bilsin ki, onlar maral ətini bişirir, alətlər düzəldir və ya sadəcə ocaq işığında söhbət edirdilər.

İnsan əcdadlarının od yandırmaq bacarığını nə vaxt qazandığı təkamül və sosial davranış baxımından həlledici əhəmiyyət daşıyır.

Bir nəzəriyyəyə görə, odun istifadəsi əcdadlarımızın beyin ölçüsünün artmasına səbəb olub. Çünki bişmiş qida daha çox kalori həm də daha asan həzm imkanı yaradırdı. Başqa bir fikir isə od üzərində nəzarətin gecə vaxtı toplaşma məkanlarının yaranmasına, bunun isə sosiallaşmanı və idrak təkamülünü gücləndirməsinə səbəb olduğu yönündədir. London Təbiət Tarixi Muzeyinin insan təkamülü araşdırmalarının rəhbəri və tədqiqatın müəlliflərindən biri Kris Strinjer qeyd edir:

"Bilirik ki, həmin dövrdə insan beyninin ölçüsü artmağa doğru gedirdi və müasir səviyyəyə yaxınlaşırdı. Beynimiz böyük enerji tələb edir – bədənimizin enerjisinin təxminən 20 faizini istehlak edir. Odun istifadəsi isə qidadan qida maddələrinin daha yaxşı alınmasına şərait yaradır, bu da beynin qidalanmasına və işləməsinə kömək edir. Beləcə, beynin böyüməsi üçün təkamül şəraiti formalaşır”.

Alim əlavə edir ki, bu tapıntı insanların od yandırmaq bacarığının "başlanğıcı” deyil, sadəcə bu barədə ən qədim etibarlı nümunədir. Daha əvvəl Cənubi Afrika, İsrail və Keniya ərazilərində odun istifadəsinə dair daha qədim ehtimallar irəli sürülüb, lakin onlar mübahisəli interpretasiyalar olaraq qalır.

Arxeoloji baxımdan əsas çətinlik isə budur: tapılan yanıq izləri meşə yanğınından qalıb, yoxsa insanlar tərəfindən yandırılıb?

Kanadadakı Saymon Freyzer Universitetinin arxeologiya kafedrasının böyük müəllimi Dennis Sandqeyt, araşdırmada iştirak etməsə də, bildirir: "Məsələ ondadır ki, bu atəşi təbii mənbələrdən toplayıb saxlayırdılar, yoxsa özləri yaradırdılar? İlk baxışda bu tapıntı insanların od yandırmağı bacardığı fikrini güclü şəkildə dəstəkləyir”.

Alimlər yanıq izləri olan çöküntülərin, od təsiri ilə dəyişmiş çaxmaqdaşı əl baltalarının və iki kiçik pirit parçasının mövcudluğunu qeyd edirlər. Geoloji analiz göstərib ki, pirit həmin ərazidə son dərəcə nadir rast gəlinir və çox güman ki, insanlar tərəfindən od yandırmaq üçün gətirilib.

Niderlanddakı Leyden Universitetinin paleolit arxeologiyası üzrə fəxri professoru Vil Rjobruks yazır ki, təqdim olunan sübutların böyük hissəsi "dolayı” xarakter daşıyır.

O əlavə edir ki, yaşı təxminən 50 min il olan daha gec dövr neandertal düşərgələrində piritlə qığılcım çıxarma izləri olan alətlər tapılıb. Bu, odun insan tərəfindən istifadəsinə dair "təkzibolunmaz sübut” sayılır, lakin Barnhem nümunəsində bu səviyyədə qətiyyət yoxdur. Rjobruks yazır: "Müəlliflər Barnhem məlumatlarının analizini əla aparıblar, amma onların bunu ‘od istifadəsinin ən erkən sübutu’ kimi təqdim etməsi bir qədər ifrat görünür”.

Alimlər vurğulayırlar ki, od insan əcdadları üçün isinə bilmək, qida hazırlamaq, yırtıcılardan qorunmaq və qatranı əridərək yapışqan hazırlamaq kimi həyati funksiyalara sahib idi.

Sandqeyt bildirir ki, od yandırma bacarığının inkişafı düzxətli proses olmayıb – müxtəlif dövrlərdə müxtəlif qruplarda öyrənilib, unudulub və yenidən kəşf edilib. O, təxminən 100 ovçu-toplayıcı qrup haqqında məlumatları araşdırdığını və onların bəzilərinin ümumiyyətlə od yandırmağı bacarmadığını qeyd edir.

"Görünür, od yandırmaq bacarığı müxtəlif bölgələrdə yaşayan bir neçə qrup tərəfindən zamanla kəşf olunub, sonra itib, yenidən ortaya çıxıb və yenidən itib. Bu, çox mürəkkəb tarixdir”, deyə alim vurğulayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri