Icma.az
close
up
RU
İnsan olmaq: çətin, fəqət gözəl peşə

İnsan olmaq: çətin, fəqət gözəl peşə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Deyirlər, bu dünyada ən böyük sənət insan olmaq sənətidir. Hərdən düşünürəm, görəsən, bu cümlənin mənasını, mahiyyətini nə qədər duya bilirik biz - insanlar? Axı insan olmaq təkcə doğulmaqla qazanılan bir status deyil, ömür boyu davam edən, sınaqlarla dolu bir təcrübə, öhdəlikdir. Bəzən bu öhdəliyi daşımaq da bir peşə kimidir. Di gəl, bu peşəyə öncədən hazırlaşdığımızı təsdiq edən bir diplomu yoxdur, müəllimi vicdandır, mükafatı isə daxili rahatlıq.

Bəli, insan olmaq üçün doğulmaq kifayət deyil. İnsan olmaq üçün düşünmək, duymaq, sevmək, bağışlamağı bacarmaq lazımdır. Əgər bunların biri çatışmırsa, o zaman içimizdəki "insan" natamam qalır. Bizim çağımızda bu natamamlıq daha çox duyulur. Texnologiya yüksəldikcə, insanın ruhu aşağı enir. Kütləvi təfəkkürün içində insan fərd kimi itib gedir.

Bir vaxtlar insan olmaq "əxlaqlı olmaq", "düz danışmaq", "kimsəsizə əl uzatmaq" demək idi. İndi isə bəzən sadəcə "yalan danışmamaq" belə qəhrəmanlıq sayıla bilir. Dəyərlər tərsinə çevrilib, vicdan lüks, mərhəmət zəiflik, sədaqət sadəlövhlük kimi görünür.

İnsan olmaq çətin peşədir, çünki bu peşədə nə istirahət var, nə həftə sonu, nə də tətillər. Hər səhər oyananda bir daha seçim etməli olursan: dürüst olmaq, yoxsa rahat yaşamaq? Susub göz yummaq, yoxsa həqiqəti demək? Sevmək, yoxsa təkliyinə qapanmaq? İnsan olmaq bu sualların içində boğulmadan, öz ruhunu itirmədən yaşamaq cəhdidir.

Hərdən düşünürəm, niyə bu qədər sadə görünən bir şey bu qədər çətindir? Cavabı bəlkə də ondadır ki, insan olmaq üçün daima öz içində mübarizə aparmalısan. Nəfsinlə, qorxularınla, bəzən cəmiyyətin diktəsi ilə. Çünki elə bir zamana gəlib çıxmışıq ki, ətrafımızda hər şey bizi rahat, amma laqeyd olmağa sövq edir. Vicdanın səsini susdurmaq, görməzlikdən gəlmək, başqalarının ağrısına biganə qalmaq, "mənə dəyməyən ilan min yaşasın" prinsipi ilə günü günə calamaq artıq həyat tərzi kimi qəbul edilir. İnsan olmaq isə bu axına qarşı üzməkdir.

Bəli, insan olmaq çətin peşədir, çünki bu peşənin qaydaları kitabda yazılmır. Onları həyatın özündən, səhvlərdən, itkilərdən, utancdan, qorxulardan, göz yaşından öyrənirsən.

Bir zamanlar dilimizdə kök salan "zəhmət olmasa", "bağışla", "üzr istəyirəm" kimi sadə sözlərin getdikcə arxaikləşdiyinin, yadlaşdığının fərqindəyikmi? Halbuki bu çətin, keşməkeşli həyatda bir az mərhəmət, bir az anlayış hər kəs üçün dərman kimidir.

İnsan olmaq təkcə başqalarına qarşı deyil, elə özünə qarşı da ən böyük məsuliyyətdir. Öz ruhunu qorumaq, içindəki uşaq məsumluğunu itirməmək, səhv etdiyində üzr istəyə bilmək - bunlar da bu peşənin əsas bacarıqlarındandır. Başqasına "insan ol" deməyə nə var ki?! Bəs özümüz insan ola bilirikmi? Axı, əsl insanlıq başqasını deyil, özünü tərbiyə etməklə başlayır. Çünki insan olmaq "qələbə" deyil, "mərhəmət"dir. Sənin qalibiyyətin, başqasının məğlubiyyəti hesabına olmamalıdır.

Bütün zamanların ən böyük müharibəsidır insanın öz içindəki müharibə. Bir tərəfdə bədən - ehtiraslar, qorxular, eqo; digər tərəfdə ruh - mərhəmət, sevgi, vicdan bir ömür boyunca bir-birilə mübarizə aparır. İnsan olmaq bu müharibədə ruhunun qalib gəlməsidir.

Tez-tez işlətdiyimiz bir ifadə var: "insanlıq ölüb". Həqiqətənmi insanlıq ölür, ya bəlkə haradasa gizlənir? Bir ehtiyaclı adama yardım əli uzadanda, bir uşaq atasına sarılanda, bir qız ömründə ilk dəfə sevgini dadanda insanlıq bir az da dirilir, ya da gizləndiyi yerdən boy göstərir "mən də varam" - deyə. İnsan olmaq, bu dirilişə səbəb olmaqdır. Bir kəlmə ilə, bir gülümsəmə ilə, bir səssiz dua ilə.

İnsan olmaq hiss etməkdir, hisslərindən qorxmamaqdır. Əllərinlə deyil, ürəyinlə toxuna bilməkdir.

İnsan olmaq səsini qaldırmadan da ədaləti müdafiə edə bilməkdir.

İnsan olmaq həm də ölümün gözlərinə dik baxa bilməkdir. Bilə-bilə ki, bir gün hər şey bitəcək, yenə də sevə bilmək, yaratmaq, paylaşmaq, yaşamaqdır... Bu qədər faniliyin içində mənəvi bir dəyər tapmaqdır insan olmaq.

İnsanlıq ala-bəzək cümlələrdə, pafoslu nitqlərdə, şüarda deyil, gündəlik kiçik yaxşılıqlardadır. Səhər qonşuya salam verməkdə, bir uşağın saçını oxşamaqda, bir ağacın budağını qırmamaqdadır insanlıq.

Bu peşənin maaşı yoxdur, amma mükafatı var: gecələr başını yastığa rahat qoymaq. Heç kimin göz yaşında payının olmadığını bilmək. Və ən əsası öz vicdanının səsini hələ də eşidə bilmək.

İnsan olmaq çətin, amma bu dünyadakı ən şərəfli peşədir. Bu, peşə bəzən yorur, bəzən usandırır, bəzən xəyal qırıqlığı yaşadır, bəzən inamsızlığa düçar edir. Amma günün sonunda yenə də insan olmağa davam edirsən. Çünki içindəki o səs hey durmadan təkrar edir: "İnsan qal!" Həyatın mənasını itirdiyimiz o anda bircə cümləni xatırlamağımız kifayətdir: "İnsan olmaq dünyanın ən çətin, amma ən gözəl peşəsidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see385

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see298

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see297

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see272

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see236

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see225

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see225

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see222

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see196

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see183

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see177

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see174

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see169

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see168

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see167

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see163

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see158

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see151

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri