Icma.az
close
up
RU
İnsan yaddaşı nəyi, harada və nə vaxt xatırlayır? TƏDQİQAT

İnsan yaddaşı nəyi, harada və nə vaxt xatırlayır? TƏDQİQAT

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları epizodik yaddaşın formalaşması ilə bağlı fundamental suallara cavab verən yeni məqalə dərc etdiriblər. “Koqnitiv, affektiv və davranış neyroelmləri” jurnalının xüsusi buraxılışında dərc olunan bu tədqiqat yaddaşın “üç V”si — nə, harada və nə vaxt — anlayışlarına əsaslanaraq yaddaşın necə və niyə formalaşdığını araşdırır.

AZƏRTAC “ScienceDaily” saytına istinadla xəbər verir ki, tədqiqat müəllifləri, Fernanda Morales-Kalva və Stefani Lil, yaddaşı formalaşdıran üç əsas faktoru vurğulayıblar: emosional əhəmiyyət, şəxsi uyğunluq və fərdi xüsusiyyətlər. Onlar bildiriblər ki, insanların daha çox emosional rezonansa malik, şəxsi əhəmiyyət kəsb edən və diqqətlə müşahidə olunan hadisələri xatırlaması ehtimalı daha yüksəkdir.

Yaddaşın “harada” aspekti də əhəmiyyətlidir. Tədqiqatçılar qeyd edirlər ki, insanlar tanış mühitlə müqayisədə yeni mühitlərdə baş verən hadisələri daha yaxşı xatırlayır, çünki yenilik diqqəti artırır. “Nə vaxt” amili isə yaddaşda hadisələrin ardıcıllığını müəyyənləşdirməyə kömək edir. Hadisələrin epizodlara bölünməsi bu prosesi asanlaşdırır.

F.M.Kalva yaddaşın fərdiləşmiş proses olduğunu vurğulayaraq deyib: “Bir şəxs üçün yaddaqalan olan, başqa birisi üçün tamamilə unudula bilər”. Bu yanaşma fərqli mədəni və fərdi xüsusiyyətlərin yaddaş prosesinə təsirini önə çıxarır.

Tədqiqatın nəticələri klinik və təhsil sahələrində praktik əhəmiyyət daşıyır. Xüsusilə, yaddaş pozğunluqları və demensiya kimi hallarda fərdi yanaşmanın əhəmiyyəti böyükdür. S.Lil qeyd edib ki, fərdi fərqlər nəzərə alınarsa, daha dəqiq diaqnostik alətlər və effektiv müdaxilələr hazırlana bilər.

Bu tədqiqat yaddaşın mürəkkəbliyini anlamağa və laboratoriya araşdırmaları ilə real dünya təcrübələri arasında körpü yaratmağa töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri