Icma.az
close
up
RU
İnsan yaddaşı nəyi, harada və nə vaxt xatırlayır? TƏDQİQAT

İnsan yaddaşı nəyi, harada və nə vaxt xatırlayır? TƏDQİQAT

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları epizodik yaddaşın formalaşması ilə bağlı fundamental suallara cavab verən yeni məqalə dərc etdiriblər. “Koqnitiv, affektiv və davranış neyroelmləri” jurnalının xüsusi buraxılışında dərc olunan bu tədqiqat yaddaşın “üç V”si — nə, harada və nə vaxt — anlayışlarına əsaslanaraq yaddaşın necə və niyə formalaşdığını araşdırır.

Tədqiqat müəllifləri, Fernanda Morales-Kalva və Stefani Lil, yaddaşı formalaşdıran üç əsas faktoru vurğulayıblar: emosional əhəmiyyət, şəxsi uyğunluq və fərdi xüsusiyyətlər. Onlar bildiriblər ki, insanların daha çox emosional rezonansa malik, şəxsi əhəmiyyət kəsb edən və diqqətlə müşahidə olunan hadisələri xatırlaması ehtimalı daha yüksəkdir.

Yaddaşın “harada” aspekti də əhəmiyyətlidir. Tədqiqatçılar qeyd edirlər ki, insanlar tanış mühitlə müqayisədə yeni mühitlərdə baş verən hadisələri daha yaxşı xatırlayır, çünki yenilik diqqəti artırır. “Nə vaxt” amili isə yaddaşda hadisələrin ardıcıllığını müəyyənləşdirməyə kömək edir. Hadisələrin epizodlara bölünməsi bu prosesi asanlaşdırır.

F.M.Kalva yaddaşın fərdiləşmiş proses olduğunu vurğulayaraq deyib: “Bir şəxs üçün yaddaqalan olan, başqa birisi üçün tamamilə unudula bilər”. Bu yanaşma fərqli mədəni və fərdi xüsusiyyətlərin yaddaş prosesinə təsirini önə çıxarır.

Tədqiqatın nəticələri klinik və təhsil sahələrində praktik əhəmiyyət daşıyır. Xüsusilə, yaddaş pozğunluqları və demensiya kimi hallarda fərdi yanaşmanın əhəmiyyəti böyükdür. S.Lil qeyd edib ki, fərdi fərqlər nəzərə alınarsa, daha dəqiq diaqnostik alətlər və effektiv müdaxilələr hazırlana bilər.

Bu tədqiqat yaddaşın mürəkkəbliyini anlamağa və laboratoriya araşdırmaları ilə real dünya təcrübələri arasında körpü yaratmağa töhfə verir(azərtac).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azpost.info
archiveBu xəbər 09 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri