İnsanlar əvəzinə süni intellekt: Microsoft yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Microsoft" korporasiyası yaxın həftələrdə minlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. İxtisarlar, əsasən, satış komandalarını və digər bölmələri əhatə edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, bu addım şirkətin süni intellektin inkişafına fokuslanması ilə əlaqələndirilir.
Hazırda ixtisara düşəcək işçilərin dəqiq sayı müəyyən edilməyib. Rəsmiləşdirilmiş restrukturizasiya iyul ayında - "Microsoft"un yeni maliyyə ilinin başlaması ilə paralel həyata keçiriləcək.
Qeyd edək ki, bu, 2025-ci ildə şirkətin həyata keçirdiyi ikinci genişmiqyaslı ixtisardır. Belə ki, may ayında "Microsoft", əsasən, proqram təminatı tərtibatçıları arasında altı min vəzifəni ləğv etmişdi. Daha sonra "Bloomberg" agentliyi əlavə olaraq 300-dən çox əməkdaşın da işdən çıxarıldığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















