Microsoft minlərlə insanı işdən çıxaracaq
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Microsoft" satış və konsaltinq qruplarının, eləcə də "Xbox" oyun bölməsinin işçilərini ixtisar etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, şirkətin bu barədə gələn həftə açıqlama verməsi gözlənilir.
Mənbələr bildirib ki, bu mərhələdə işdən çıxarılmaların əhatə dairəsi ötən ilki ixtisarlarla müqayisədə daha kiçik olacaq.
İşdən çıxarılmaların Microsoft-un təxminən 220 min işçi qüvvəsinin 2,5%-dən azını əhatə edəcəyi gözlənilir.
Məlumata görə, "Microsoft"un süni intellekt infrastrukturuna milyardlarla dollarlıq investisiyalarını davam etdirərkən əməliyyat xərclərini azaltmağı hədəflədiyi bildirilir.
Şirkətin zəif səhm göstəriciləri və Wall Street-dən artan gəlirlilik təzyiqi səbəbindən son zamanlar xərclərini yenidən nəzərdən keçirdiyi deyilir.
Qeyd edək ki, şirkət may ayında 6000, iyul ayında isə təxminən 9000 işçisini işdən çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















