İnsanlar niyə daha çox ağ və qara geyimlərə üstünlük verirlər? MODELYER AÇIQLADI
Icma.az bildirir, Sia Az portalına istinadən.
“Ağ-qara klassik rəngdir. Amma qadınlar daha çox qara rəngdən istifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, insanların ağ və qara geyinməsinin səbəbləri çoxdur: “Çox xanım düşünür ki, qara rəng insan bədənindəki qüsurları örtür və vizual olaraq daha incə göstərir. Gündəlik iş həyatlarında qara rəngə üstünlük verirlər”.
Şəlalə Maqsudova sözlərinə belə davam edib: “Qara rəng (tünd rənglər) çirki ləkələri belə göstərmir. Ağ rəngdə həmçinin klassik rəng tonudur. Amma kompleksli xanımlar ağ rəngi sevsələr belə müraciət etmirlər. Çünki, düşünürlər ki, ağ rəng onları kilolu göstərə bilər. Amma bu yanlışdır.
Hər zaman demişəm ki, doğru, düzgün seçilmiş biçim hansı rəngdə olursa olsun insanın kompleksini göstərməyəcək”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 May 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















