Icma.az
close
up
RU
Az yatan insanlar niyə yağlı və şirin qidalara üstünlük verirlər? Ekspert AÇIQLADI

Az yatan insanlar niyə yağlı və şirin qidalara üstünlük verirlər? Ekspert AÇIQLADI

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yuxusuzluğun qida seçiminə təsir etdiyi bəzən müşahidə olunur. Az yatan insanlar daha çox şirin və yağlı yeməklərə üstünlük verirlər.

Bəs bu nə ilə bağlıdır?

Qida eksperti Fərid Səfərov Redaktor.az-a danışarkən bildirdi ki, bunun bir neçə səbəbi ola bilər.

"Aclıq hormonu yuxusuzluqda artır, insan daha tez-tez aclıq hiss edir. Toxluq hormonu isə azalır, yeyilən yeməkdən doyma hissi gec yaranır. Nəticədə insan daha çox və daha ağır qidalar yeməyə meyilli olur. Az yatanda bədən özünü yorğun hiss edir və “tez enerji verən” qidalara yönəlir. Şirin və şəkərli məhsullar qanda qlükozanı sürətlə qaldırır. Yağlı yeməklər daha uzunmüddətli enerji hissi yaradır. Bu, əslində bədənin “enerji boşluğunu doldurmaq cəhdi”dir. Yuxusuzluq zamanı beynin bəzi bölgələri daha aktiv olur. Bu bölgələr “mükafat” və “istək” hissini idarə edir. Ona görə insan şokolad, tort, pizza kimi yüksək kalorili yeməkləri daha çox “arzulayır”".

Müsahibimiz vurğuladı ki, yuxusuzluq bioloji saatı pozur.

"Normalda axşam saatlarında insanda yemək istəyi azalır, amma yuxusuz olanda bu ritm qarışır, gecə yemək vərdişi yaranır. Az yatmaq sadəcə yorğunluq  gətirmir, həm də aclıq və iştah hormonlarını dəyişir, beyin mükafat sistemini gücləndirir, enerjiyə ehtiyac hissini artırır. Ona görə də belə insanlar təbii olaraq şirin və yağlı qidalara daha çox üstünlük verirlər. Yuxu rejimini normaya salaraq qidalanma vərdişlərini də formalaşdırmaq olar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Avqust 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri