İnsanlar niyə susmağa üstünlük verirlər?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Müasir dövrdə insanların emosiyalarını ifadə etməkdə çətinlik çəkməsi və yaşadıqları problemləri başqaları ilə bölüşmək əvəzinə daxilində saxlamağa üstünlük verməsi diqqət çəkən psixoloji məsələlərdən biridir.
Bəzən insanlar anlaşılmayacaqlarını, mühakimə olunacaqlarını və ya zəif görünəcəklərini düşündükləri üçün hisslərini gizlədirlər.
Bu davranışın arxasında uşaqlıqdan formalaşan emosional vərdişlər, rədd edilmək qorxusu, özünə inamsızlıq və cəmiyyətin insanlardan gözlədiyi davranış normaları dayana bilər. Halbuki hisslərin uzun müddət ifadə olunmaması insanın daxili rahatlığına, psixoloji vəziyyətinə və ətrafındakı insanlarla münasibətlərinə mənfi təsir göstərə bilər.
Bəs insanlar niyə emosional qapanmaya üstünlük verirlər və bu davranışın uzunmüddətli nəticələri nələrdir?
Kinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan hisslərini ifadə etməyi çox vaxt uşaqlıqda öyrənir:
“Əgər ailədə uşağın hissləri dinlənilməyibsə, ağlamağı zəiflik, etirazı hörmətsizlik kimi qəbul edilibsə, o, susmağı və problemlərini daxilində yaşamağı öyrənir.
Sonradan rədd edilmək qorxusu və cəmiyyətin mühakiməsi bu davranışı daha da möhkəmləndirir. İnsan zamanla hisslərini ifadə etməməyi xarakter xüsusiyyəti kimi qəbul edir, halbuki bu, çox vaxt öyrənilmiş davranış modelidir. İnsan susmağı çox vaxt uşaqlıqda öyrənir.
Emosional qapanma uzun müddət davam etdikdə depressiya, təşviş pozuntuları, psixosomatik şikayətlər və yaxın münasibətlərdə ünsiyyət problemləri yaradır. Susdurulan hisslər yox olmur, psixoloji yükə çevrilir. İnsan hisslərini ifadə etmədikcə daxili gərginlik artır, problemlər həll olunmamış qalır və münasibətlərdə emosional məsafə yaranır.
Bunu xarakter adlandırmaq düzgün deyil, çünki emosional qapanma psixoloji müdafiə mexanizmi və öyrənilmiş davranış modeli ola bilər”.
Psixoloq qeyd edib ki, bu vəziyyətdən çıxmaq üçün insan hisslərini tanımağı və ifadə etməyi öyrənməli, çətinliklər davam etdikdə isə psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















