Icma.az
close
up
RU
İnsanlar öz övladlarını yaşadıqları ərazilər üzrə məktəblərdə yerləşdirməyə çətinlik çəkirlər

İnsanlar öz övladlarını yaşadıqları ərazilər üzrə məktəblərdə yerləşdirməyə çətinlik çəkirlər

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orta məktəblərdə şagird sıxlığı müəllim-şagird ünsiyyəti, şagirdə fərdi yanaşma və s. məsələlər üçün problem yaradır. Odur ki, siniflərdə şagird sayının azaldılması təklif olunur.

Redaktor.az-a açıqlama verən Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, Azərbaycanda məktəblərin komplektləşdirilməsi ilə bağlı standartlar var:

"Bu standartlar bildiyim qədərilə Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Standartlar hazırlanarkən burada yanaşmalar olaraq müvafiq həm beynəlxalq təcrübənin nəzərə alınması, eyni zamanda müvafiq ölçmələr, araşdırmalar nəticəsində verilmiş qərar olaraq standartlar müəyyənləşdirilir. Əslində, bugünkü reallıq, xüsusilə şəhər məktəblərində, onu deməyə imkan verir ki, xeyli sayda məktəblərdə şagird sıxlığı mövcuddur. Baxmayaraq ki, bu, standartlar çərçivəsində tənzimləmələr aparılmalıdır. Bir çox hallarda nə baş verir? Ərazidə çoxlu yaşayış binaları və yaşayış massivləri salınır, planlama kifayət qədər düzgün getmədiyindən orada yaşayan uşaqların təhsilini təmin etmək üçün, onları təhsilə cəlb etmək üçün kifayət qədər məktəb yoxdur. Belə olduğu təqdirdə nə baş verir? Bəzi məktəblər var ki, onlar hətta üç növbədə fəaliyyət göstərməli olurlar. Üç növbədə məktəb və siniflərdə şagird sıxlığı, təbii ki, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Şagird sayı elə optimallaşdırılmalıdır ki, siniflərdə hər şagirdə müəllimin zaman ayıra bilməsinə imkan versin".

Müsahibimiz vurğuladı ki, burada təkcə şagirdə fərdi yanaşmadan söhbət getmir, eyni zamanda sinifdə şagird sayının çox olması onun nizam-intizamına da mənfi təsir göstərir:

"Şagirdə fərdi yanaşmanın təmin edilə bilməməsi, şagirdlərlə işin düzgün qurula bilməməsi kimi problemlər yekunda, təbii ki, nəticəyönümlülüyə kifayət qədər öz mənfi təsirləri ilə yadda qalır. Düşünürəm ki, ümumilikdə yanaşma düzgün olmalıdı və bu problem təkcə Elm və Təhsil Nazirliyinin problemi deyil. Şəhərsalma qaydalarının pozulması, əhalinin miqrasiya məsələləri, əlbəttə, burada həlledici rol oynayır. Müvafiq qurumlar kompleks yanaşma tətbiq etməlidirlər. Necə ola bilər, ərazidə insanların yaşamasına, onların fərdi mənzillər tikilməsinə, eyni zamanda hündürmərtəbəli yaşayış kompleksləri tikilməsinə icazə verilir, amma ölçmə aparılmır, həmin ərazidə olan məktəblər bu qədər insanın təhsil almaq hüququnu qarşılaya bilər və yaxud qarşılaya bilməz? Kifayət qədər şikayətlər olur. Həqiqətən də vətəndaşların haqlı şikayətləri var".

İlqar Orucovun sözlərinə görə, insanlar öz övladlarını yaşadıqları ərazilər üzrə məktəblərdə yerləşdirməyə çətinlik çəkirlər:

"Bu, təkcə orta ümumtəhsil məktəblərinə münasibətdə deyil, eyni zamanda məktəbəqədər təhsil müəssisələrinə münasibətdə də mövcuddur. Müəllim-şagird ünsiyyəti, şagirdə fərdi yanaşma, bütün bunlar, əlbəttə ki, müəllimin işinin daha səmərəli təşkil olunmasına xidmət edən münasibətlərdir. Bu münasibətlər doğru qurulmadıqda, əlbəttə ki, orada keyfiyyətdən, düzgün pedaqoji yanaşmanın tətbiqindən, təhsilin keyfiyyətindən söhbət gedə bilməz. Hesab edirəm ki, bu məsələ əslində həm aktual məsələdir, həm də problemdir. Yenə qeyd edirəm təkcə Elm və Təhsil Nazirliyinin birbaşa həll edə biləcəyi məsələ deyil. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi ilə bərabər aidiyyəti qurumlar kompleks yanaşma tətbiq etsinlər. Təsəvvür edin ki, bizə daxil olan məlumatlara görə, siniflər var ki, 35-40 şagirddən ibarətdir. 45 dəqiqəlik dərs müddətində hər şagirdə düşən müəllimin ayıra biləcəyi zaman nə qədərdir? Təbii ki, burda artıq effekt və səmərə kifayət qədər aşağı düşür. Bu da birbaşa yekunda keyfiyyətə mənfi təsir göstərir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri