Icma.az
close
up
RU
İnsanlar siqareti niyə tərgidə bilmirlər? Ekspert 3 əsas səbəbi AÇIQLADI

İnsanlar siqareti niyə tərgidə bilmirlər? Ekspert 3 əsas səbəbi AÇIQLADI

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnsanlar siqareti asılılıq yaranmadan öncə çəkməyə başlayıblar. Demək ki, bu, təkcə asılılıq yox, fərdi yanaşma məsələsidir. Ümumi cavab vermək lazımdırsa, deyə bilərik ki, bunun içində qismən həzz, davranış komponentləri var (siqareti tutmaq, onu yandırmaq, onu ciyərinə çəkmək və ümumilikdə prosesin özü), nikotinin orqanizmə təsiri (fiziki və psixoloji faktorları) kimi faktorları nəzərə almaq lazımdır".

Bu fikirləri Oxu.Az-a müsahibəsində "Philip Morris International" şirkətinin tüstüsüz gələcəyə doğru komandasının rəhbəri Jizel Beyker "insanlar niyə siqaret çəkir?" sualını cavablandırarkən bildirib.

- 1970-ci illərdə siqaretin faydaları barədə geniş piar kampaniyaları başladı. Siqaret insan sağlamlığı üçün faydalı ola bilərmi?

- Əgər söhbət siqaret çəkməkdən gedirsə, bu, faydalı yox, zərərlidir. Ancaq söhbət təkcə nikotindən gedirsə, bunu sosial-mədəni aspektlər baxımından potensial olaraq faydalı hesab etmək olar. Amma söhbət nikotinin siqaret tüstüsündə qəbulundan gedirsə, onun sağlamlığa vurduğu zərər faydasından qat-qat çoxdur.

- Uzun müddət siqaretin insan sağlamlığına vurduğu zərərləri araşdıran alim kimi sizi ən çox narahat edən məqam nədir?

- Ondan başlayaq ki, insanlar siqaret tüstüsü ilə nikotini fərqləndirmirlər. Bu da ona gətirir ki, insanlar öz qərarlarında elmi faktları əsas götürə bilmirlər. Məsələn, 40 il əvvəl ilə indiki vəziyyəti müqayisə etsək, o vaxt da siqaretlərin zərərli olması bilinirdi. O zaman elə düşünürdük ki, bir müddət sonra siqaret olmayacaq. Lakin hazırkı mənzərəyə baxanda görürük ki, planetimizdə bir milyarddan artıq insan siqaret çəkir. Maraqlı məqam ondan ibarətdir ki, siqaret istifadəçilərinin sayının bu qədər olması siqaret çəkmək prosesinin özündən daha zərərlidir. İnsanların siqaret çəkməsinin səbəbini anlamaq onların bu prosesdən uzaqlaşdırılması üçün çox böyük əhəmiyyət kəsb edir. Əgər biz insanları siqaretdən uzaqlaşdırmaq istəyiriksə, onlara motivasiya vermək istəyiriksə, o zaman qorxular, ideoloji səbəblər, sosial stiqma ilə bağlı məsələləri yox, məhz elmi araşdırmaların nəticələrini ortaya qoymalı, onlara düzgün informasiya verməliyik ki, əgər siqareti tam olaraq tərgitmirlərsə, heç olmasa daha az zərərli alternativlərə keçə bilsinlər.

- Hansı alternativlər var?

- Əslinə qalsa, alternativlər çoxdur. Sizə onlardan birini deyə bilərəm. Qızdırılan tütün məmulatları. Daha populyar adı ilə desək IQOS. Bu alternativdə əsas məqam ondan ibarətdir ki, orada yanma prosesi olmur. Bu texnologiya tamamilə fərqlidir. Belə ki, proses zamanı tütün yandırılmadan qızdırılır, daha az zərərli kimyəvi maddə ayrılır və siqaret çəkmə vərdişləri tüstü ilə yox, buxarla təkrarlanır.

Daha sonra, elektron siqaretlər var. Aşağı-yuxarı onlarda da siqaret çəkmə ritualı ilə eynidir. Onlardan da istifadə zamanı tüstü əvəzinə buxar çıxır. Bu da özlüyündə onun zərərlilik əmsalını klassik siqaretlərə nisbətdə qat-qat az olmasına gətirib çıxarır. Lakin ənənəvi siqaretlərdən fərqli olaraq elektron siqaretlərdə tütün olmur, bu isə onları daha az zərərli variantlar axtaran istifadəçilər üçün yaxşı alternativə çevirir.

Ağız yolu ilə qəbul edilən snuslar və nikotin kisəcikləri (pauç) də bazarda kiçik də olsa, pay sahibidirlər. Əsasən Skandinaviya ölkələrində geniş istifadə edilir. Nikotin kisəciklərinin içində tütün olmur. Tütündən alınmış və ya tibbi nikotin olur ki, bu da istifadə zamanı insanın həmin maddəyə olan tələbatını qismən ödəyə bilir. İstifadə edən şəxs həmin o kiçik kisəciyi damaq və yanaq hissəsinin arasına yerləşdirir. Kisəcikdə olan nikotin ağızın selikli qişasından orqanizmə daxil olur. Bu məhsullarda toksik maddələrin sayı isə daha da azdır.

Bizim onilliklər ərzində apardığımız maraqlı bir araşdırmanın nəticəsini sizinlə bölüşüm. Hətta uzun müddət siqaret çəkən adamlar da nikotin kisəcikləri sayəsində siqaretdən birdəfəlik imtina edə bilərlər. Baxmayaraq ki, onlar uzun illər klassik formada tütün məhsullarının istifadəçisi olublar. Məsələn İsveçə baxsanız, orada nikotin istehlakı Avropanın digər ölkələri ilə demək olar ki, eyni səviyyədədir. Amma orada siqaret çəkənlərin faiz dərəcəsi Avropadakı göstəricilərdən aşağıdır. Burada əsas məqam nədən ibarətdir? Göstəricilərin eyni olmasına baxmayaraq, Avropada istifadəçilər nikotini siqaret vasitəsilə qəbul edirlər, İsveçdə isə əksinə, daha az zərərli alternativlərdən (snus və pauçlardan) istifadə edilər. Bu da özlüyündə siqaret tüstüsünün yaratdığı bir sıra ağır xəstəliklərdən, məsələn ağız boşluğunda yarana biləcək xərçəng, ağ ciyər xərçəngi, ürək-damar problemlərinə İsveçdə qat-qat az rast gəlinməsinə səbəb olub. Faktiki olaraq, bu qəbildən olan xəstəliklər çox azalıb. Məhz bu misal tüstü ilə nikotin arasında fərqi aydın şəkildə anlamağa kömək edir.

- Dediyiniz az zərərli alternativlərdən biri olan İQOS nədir?

- Qısaca olaraq desək, qızdırılan tütün məhsuludur. Bu cihaz xüsusi elektron üsullardan istifadə etməklə tütünün yanmayacaq dərəcədə qızdırılması və tərkibində nikotin olan buxar əmələ gətirməsi prinsipi əsasında çalışır. Bununla da adi siqaret tüstüsünə nisbətən olduqca az sayda zərərli maddə və bir daha xatırlatmaq istəyirəm ki, tüstü yox, buxar hasil edilir ki, bu da insan sağlamlığının qorunması üçün olduqca vacibdir. İlk gündən bu məhsula keçən insanlar siqaret tüstüsündə zərərli kimyəvi maddələrə məruz qalmırlar. Bu fakt öz təsdiqini bizim araşdırmalarımızda tapıb. İstifadəçilərin biomarkerlərini analiz edəndə görürük ki, bu nəticələr siqaretdən tamamilə imtina etmiş insanların biomarker göstəriciləri ilə olduqca yaxındır. Başqa sözlə, demək olar ki, zəhərli maddələr əhəmiyyətli dərəcədə azalmışdır, yaxud bəzi hallarda yox dərəcəsindədir.

- Sizin məhsulun tərkibində nə var?

- Buxar əmələ gətirən çubuqların bir neçə növü var. Lakin həmin çubuqların hər biri eyni texnologiya ilə, yüksək həssaslıqla hazırlanır. Həmin çubuqların içində doğranmış tütün deyil. Burada tam yeni, innovativ yanaşma sərgilənib. Elmi araşdırmalar nəticəsində daha az kimyəvi maddə əmələ gətirməklə maksimum səviyyədə az zərərə hesablanmış, ilk mərhələdə üyüdülmüş, daha sonra toz halına salınaraq preslənmiş, aerozol əlavə edilərək xüsusi, ən təmiz formada hazırlanmış kağızla əhatələnmiş məhsuldur. Burada əsas məqsəd həmin o çubuğun bərabər formada qızmasını təmin etməkdir. Məhz bu prosesin hər bir tütün çubuğunda düzgün formada getməsi üçün biz minlərlə tədqiqat aparmışıq. Bütün araşdırmaların nəticələrini isə müvafiq dövlət qurumlarına və beynəlxalq tənzimləyici orqanlara təqdim etmişik.

- Adi siqaretlərlə müqayisədə bu məhsulun üstünlüyü nədir?

- İlk olaraq onu deyə bilərəm ki, bu məhsulun istifadəsi zamanı klassik siqaret çəkən insanların etdiyi bütün vərdişlər təkrar edilir. Bu sırf psixoloji məqamdır. İnsanların siqareti tərgitib qızdırılan tütün məhsullarına keçməsini asanlaşdırır. Burada əsas məsələ onları öyrəşdikləri siqaret çəkmə vərdişləri əsasında daha təhlükəsiz istifadəyə yönəltməkdir. Biz bilirik ki, dünyanın fərqli-fərqli yerlərində siqaretdən istifadə əleyhinə müxtəlif qanun və qaydalar var. Onlar insanların siqaretdən imtinasına yardımçı olur. Lakin bu proses çox ləng gedir. İnsanlara sadəcə qadağalar və ya "siqareti tərgitin" deməklə onları bu vərdişdən uzaqlaşdıra bilmərik. Lakin nə etmək olar? Həmin insanlara daha az zərərli alternativ təklif edə bilərik.

- Siqaretdən dediyiniz məhsula keçmək nə qədər vaxt aparır?

- Bu, motivasiyadan asılıdır. Lakin izlədiyimiz maraqlı bir məqam var. Siqareti tərgidərək bu məhsulu istifadə edən insanlar ilk mərhələdə adaptasiya keçirlər və nikotin tələblərini qarşılamaq üçün daha çox tütün çubuğundan istifadə edirlər. 15-30 gün ərzində bu məhsuldan istifadə etdikdən sonra bir növ balans yaranır. Belə ki, gün ərzində istifadə edilən tütün çubuqlarının sayı əvvəllər istifadə edilən siqaret ədədlərinin sayı ilə bərabərləşir. Ən əsas məqam - bir aylıq istifadədən sonra artıq klassik siqaretlərdən aldıqları doyumluluq hissini tam olaraq bu məhsulun istifadəsi zamanı da əldə edirlər. Müşahidələrimiz zamanı daha bir maraqlı məqam ondan ibarətdir ki, tüstüsüz tütün məmulatına keçən şəxs adətən artıq yenidən geriyə, klassik siqaretin istifadəsinə qayıda bilmir.

- Tütün çubuqlarının tərkibində nə qədər nikotin var?

- Nikotin tərkibi, yəni aerozolda əmələ gələn nikotinin miqdarı ISO test rejiminə görə 0.5 mq-dir. Sadəcə burada bir məqam var ki, bu, insanın gündəlik istifadəsi ilə birbaşa bağlıdır.

- Məhsulun tərkibindəki qliserinin funksiyası nədir?

- Qliserinin əsas funksiyası buxar (aerozol) əmələ gətirməkdir. Çünki siqaret istifadəçiləri istəyirlər ki, onlar tüstünü ciyərlərinə çəkdikləri və xaric etdikləri zaman boğazlarından qatı hava axını keçsin. Biz də sırf həmin effekti almaq üçün məhsulun hazırlanması zamanı qliserin əlavə etmişik ki, zərərli tüstü əvəzinə buxar əmələ gəlsin.

- Tüstüsüz tütün məhsulunda hansı yeni texnologiyalar istifadə edilib və hazırlanma prosesi zamanı neçə patent əldə edilib?

- Ümumilikdə 4 250 kəşf üzərində patent hüququ əldə edilib. Ən əsas innovativ yenilik isə ondan ibarətdir ki, qızdırma mənbəyi tütün çubuğunun ortasındadır. Əvvəlki versiyalarda tütün çubuğunun ortasına keçən qızdırıcı ülgüc artıq yoxdur. Həmin ülgüc tütün çubuğunu istifadə edərkən qırılır və cihazın içində daim tütün qırıntıları qalırdı. Hazırda istifadə etdiyimiz induksiya üsulu ilə qızdırma metodu bizim növbəti texnoloji yeniliyimizdir. Bu texnologiya sayəsində tütün cihazla təmas etmir, tütünün qızmasına nəzarət edilir və davamlı buxar əmələ gəlir. Sizə daha bir yeniliyimiz barədə məlumat verim. Biz hazırda insanların siqaretdən uzaqlaşması üçün qullab sayını tənzimləyə bilən texnologiya üzərində işləyirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri