Icma.az
close
up
RU
Dayanacaqlarda sıxlıq və gecikmələrin əsas səbəbi nədir? Ekspert AÇIQLADI

Dayanacaqlarda sıxlıq və gecikmələrin əsas səbəbi nədir? Ekspert AÇIQLADI

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı sakinlərinin ictimai nəqliyyatdan ən çox şikayət etdiyi məqamlardan biri dayanacaqlarda yaşanan sıxlıq və avtobusların gecikməsidir. Bəs bu vəziyyətin əsas səbəbləri nədir?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dayanacaqlarda əhali sıxlığının bir neçə səbəbi var:
"Əgər böyük şəhərdən danışırıqsa, bu təbiidir, çünki şəhər yüklənir. Keçən ildən etibarən avtobus zolaqları çəkilib və bu da əvvəlki illərlə müqayisədə avtobusların daha sürətli hərəkətinə şərait yaradıb. Hazırda avtobusla bir məntəqəyə çatmaq, avtomobillə getməkdən daha sürətlidir. Bundan başqa, avtopark da yenilənir. Bu il üçün müəyyən say elan olunub".
Ekspertin sözlərinə görə, sərnişindaşınmadakı yük təkcə avtobusların üzərində olmamalıdır:
"Yük digər nəqliyyat vasitələri arasında bölünməlidir. Bu məqsədlə artıq dövlət proqramı təsdiqlənib. Burada əsas məqam metronun inkişafı, yeni xəttlərin tikintisi və yerüstü tramvay xəttlərinin bərpasıdır.
Bundan əlavə dəmir yolu nəqliyyatında bu ilin sonunadək gündəlik hədəf 50 min daşınmadırsa, növbəti 5 il ərzində bu rəqəmin 250 minə çatdırılması mümkündür. Bu isə dəmir yolu nəqliyyatının paytaxtda daha aktiv istifadəsinə yönəlmiş strateji məqsəddir".
Rauf Ağamirzəyev piyada infrastrukturunun da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:
"Piyada yollarına və səki infrastrukturuna baxış keçirilməli, lazım gəldikdə yenidən qurulmalıdır. Çünki bu sahədə ciddi problemlər var. Piyada, ictimai nəqliyyat və velosiped yolları arasında fiziki maneələr olmamalıdır. Vətəndaş özü qərar verməlidir ki, hansı nəqliyyat növündən istifadə etsin və onun ən son düşünəcəyi vasitə fərdi avtomobil olmalıdır".
Xatırladaq ki, bu istiqamətdə artıq dövlət səviyyəsində də addımlar atılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın tədbirlər planına əsasən, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə səkilərin vəziyyətinin araşdırılması, panduslarla birlikdə yenidən qurulması və zəbt olunmuş hissələrin aradan qaldırılması üzrə zəruri tədbirlər Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.
Sonda Rauf Ağamirzəyev qeyd edib ki, Bakı azsaylı şəhərlərdən biridir ki, burada "rəqəmsal əkiz" aləti mövcuddur:
"Bu alət müxtəlif mənbələrdən toplanmış datalar əsasında simulyasiya aparır. Layihələrin icrası nəticəsində mövcud nəqliyyat şəbəkəsində hansı dəyişikliklərin baş verəcəyini təhlil edərək ən effektiv variantı təklif edir. Bu eyni zamanda data əsaslı qərarlar verilməsinə imkan yaradır. Hər hansı bir layhənin icrasında risklər minumuma enir".(baku.ws)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri