Icma.az
close
up
RU
İnsanlar sülh və atəşkəsi qarışdırmasınlar MÜSAHİBƏ

İnsanlar sülh və atəşkəsi qarışdırmasınlar MÜSAHİBƏ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağ Partiyanın sədri Tural Abbaslının SİA-ya müsahibəsini təqdim edirik:

- Bu yaxınlarda ABŞ-də Tramp və Ukrayna prezidenti arasında görüş keçirildi. Bu görüş dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Hətta müəyyən reaksiyalar baş verdi. Bu görüşün özünəməxsusluğu nədədir? Nəyə hesablanmışdı və nə ilə nəticələndi?

- Niyyət nə idisə, o da oldu. Tramp seçilməmişdən əvvəl də Ukraynanın Amerika üçün zərərli layihə olduğunu, Trampın təbirincə desək, "ağlını itirmiş qocanın" Amerikanı çəkdiyi savaş kimi ona baxır. Zelenskini dəvət edib, Amerikanın indiyə qədər oraya xərclədiyi pulları geri almaq və Rusiya ilə reallığı nəzərə alaraq atəşkəsi təmin etmək idi. Amma görünür ki, burada Zelenski hələ o sülhə hazır deyildi. Yaxud da, Zelenskiyə icazə vermirlər sülhə imza atmağa. Təbii ehtiyatların Amerikaya verilməsi ilə bağlı qərar var idi. Belə görüşlərdə sənədlər əvvəlcədən hazırlanır. İmzalanma mərasimi olur. Amma o mərasim də olmadı. Görünən odur ki, Zelenskinin də görüşdən əvvəl bəzi dairələrlə məsləhətləşmələri olub. Müzakirə gedir ki, provokasiyanı kim etdi? Hərə bir qiymət verə bilər. Mənə elə gəlir ki, Zelenski daha çox provokasiya etdi. Çünki dünyanın bir nömrəli ölkəsinin prezidentinə, xüsusilə də, eqoist bir prezidentə siyasət öyrətməyə çalışsan, təbii ki, belə olacaq. Dolayısı ilə Amerika Ukraynaya bu layihənin bitdiyini başa salmağa çalışır. Halbuki biz Ukraynanın müharibəyə girməsinin yanlış siyasət olduğunu əvvəldən deyirdik. Ukrayna bilməli idi ki, onun qonşusu kimdir. Dövlətin Qərbə və Şərqə inteqrasiya etməsinə görə dövləti müharibəyə salıb parçalamazlar. Bizim cəmiyyətdə Zelenskiyə kor-koranə aşiqlik var, bu əslində Putinə nifrətdir. Soyuqqanlı düşünsək, gözlənilən nədirsə, o da olacaq.

- Müqayisəli şəkildə göstərirlər ki, Amerika səfərlərində Zelenski necə qarşılanır, dünyada necə qarşılanır. Ola bilər ki, dünya artıq Amerikaya qarşı birləşsin?

- Amerikanın özü dünyadır. 200-ə yaxın dövlət var, hamısının bayrağı, konstitusiyası, məclisi var. Bu bizim gördüyümüz dünyadır, əslində dünyanın 2-3 sahibi var. Bunlar, Amerika, Rusiya, Çindir. Dünya Amerikaya qarşı birləşə bilməz, Amerika dünyaya qarşı çıxa bilər. Məsələ çox sadədir. Avropanın Ukraynaya verdiyi kredit belə Amerika üzərindən gedir. Bu baxımdan Amerikanı necə bu prosesdən çıxarmaq olar? Bu mümkün deyil. Bir nüans deyim. Deyəsən, Polşanın baş naziri demişdi. Deyib ki, qəribədir, 500 milyonluq Avropa olaraq 300 milyonluq Amerikaya yalvarırıq ki, bizi 140 milyonluq Rusiyaya qarşı qorusun. Reallıq budur. Avropanın ən böyük üç dövləti Fransa, Britaniya, Almaniyadır. Dünya artıq yeni düzənə gedir. Britaniyanın necə bir siyasət yürütdüyünü müəyyən etmək də çətindir. İkinci dünya müharibəsindən sonrakı proseslər bitib. BMT də hələ formal olaraq qalıb. Yeni düzəndə Britaniya, Amerika öz yerlərini müəyyən edirlər. Ona görə də uyğun addımlar atırlar. Britaniya bu məsələdə deyir ki, Ukraynaya dəstək verməyə hazırdır, amma Amerika iştirak etməlidir. Almaniya və Yaponiyanın heç özlərinin hücum silahı saxlamaq hüquqları yoxdur. Onların ikinci dünya müharibəsindən sonra müdafiə silahından başqa silah saxlamaq hüququ yoxdur. Qaldı Fransa ki, o da sonuncu dəfə Liviyaya qarşı əməliyyatda iştirak edib. Üç gün sonra da Amerikadan kömək istədi. Yəni Avropanın müharibə təcrübəsi yoxdur. Rusiya ilə silah istehsalında yarışa biləcək yeganə dövlət Amerikadır. Avropa bütün silah ehtiyatlarını Ukraynaya verib. Ola bilsin ki, Rusiyanın 10 tankı gündə vurulur, amma Rusiya tankı istehsal edir.

- Rusiya-Ukrayna müharibəsi başladığı andan Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladı. Niyə bu sanksiyalar Rusiyanı çökdürə bilmədi?

- Əvvəl iki qütb var idi: SSRİ və Amerika. Sonra SSRİ çökdü. Çoxları dedi ki, SSRİ-ni Amerika çökdürdü. Amma belə deyil. Amerika 15 dövlətin SSRİ-nin tərkibindən çıxmasını istəmirdi. Amerika zəifləmiş, amma bütöv qalmış SSRİ istəyirdi. Qorbaçovun islahatları onun qorunması üçün idi, dağılması üçün yox. 20 Yanvarı Amerika dəstəkləyib. Bəziləri elə bilir ki, bütün dünya bizim 20 Yanvara ağlayır. Qərb və Amerika mətbuatına baxsınlar, orada yazılıb ki, Rusiya qoşunları düz etdi. İslamçı radikal qruplaşmalar var idi, onları yatırtdılar. Məsələyə ayıq-sayıq baxmaq lazımdır. Sanksiyalar necə təsir etsin? Məsələn, Rusiya Ayfon satmadı. Çinin bu markadan da yaxşı texnologiyası var, o satacaq. Amerika satmasa, Hindistan satacaq. Bu məsələlərdə çoxqütblülük var. Ermənistana silah lazım olanda gedib Hindistandan, Fransadan alırdı. Manevr imkanları çoxdur. Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artdı. Ermənistanla Rusiya arasında 20 milyard dollarlıq nə ola bilər? Rusiyaya təqdim olunan sanksiya malları Ermənistan üzərindən Rusiyaya gedirdi. Bəzən Makron əsəbləşib deyir ki, Azərbaycan Rus qazı satır. Artıq iqtisadi sanksiyalar əvvəlki təsir imkanlarına sahib deyil.

- "Qonşunun çətirinin altında qalan torpaqsız qalar" məsələsi var. Zelenski Ərdoğanla görüşdü və Ərdoğanın çətiri altında özünü müdafiə olunan hiss etdi. Ola bilər ki, Amerika artıq bu məsələlərdə Türkiyə ilə hesablaşsın?

- 60-70 minlik ordudan söhbət gedir. Düzdür, Tramp Ərdoğana simpatiyasını bildirib, Suriyada işləri olmadığını deyib. Bu dəqiqə Türkiyənin prioritet məsələsi Amerikanın Suriya məsələsində razılaşmasıdır. Sonra Qəzza məsələsi Türkiyə üçün çox həssasdır. Türkiyəyə görə Qəzza 10 Ukraynadan daha önəmlidir. Çünki seçkiyə təsir edir. Sonuncu bələdiyyə seçkilərində "Sən niyə İsraillə ticarət edirsən?" cümləsi Ərdoğanın nə qədər səs itirməsinə səbəb oldu. Ərdoğan çox gözəl bilir ki, artıq proseslər bitib, Zelenskinin Türkiyəyə gəlməsində həlledici məqam yoxdur. Ona görə qəbul edir ki, Türkiyə Amerika və Rusiyaya mesajlar verir ki, Türkiyənin sərhədlərində onun maraqlarını nəzərə alsınlar, Türkiyə də Ukrayna məsələsində çox müdaxilə etməz. Zelenskinin şəxsi təhlükəsizliyinə zəmanət vermək şərti ilə çox müdaxilə etməz. Krımda da edə bilər. Bilirsiniz ki, Krım əvvəl Osmanlının olub. Krıma dünyada iki dövlət haqq qoya bilir. Biri Rusiya, digəri isə Türkiyədir. Bizim cəmiyyətdə informasiya qıtlığı var. Krımı Ukraynaya Xruşov verib. 60-cı illərə qədər SSRİ-nin tərkibində idi. O zaman Xruşovun özünün də ukraynalı olduğunu da nəzərə almaq olar. Türkiyənin də müdaxilə imkanları var. Razıyam ki, indiki məqamda Türkiyənin prosesdə marağı yoxdur. Çünki oyunçular Amerika, Rusiya, Ukrayna və Avropadır. Düşünülmüş şəkildə İstanbul sammitindən sonra Türkiyə kənarlaşdırıldı. Amerika, Avropa, Rusiya istəyirdi ki, Türkiyə bu proseslərdə olmasın və bunu bacardılar. Türkiyə emosional idarə olunan dövlət deyil ki, Zelenskinin bir səfəri ilə vəziyyət dəyişsin. Hər halda Türkiyə də məqamdan istifadə edərək öz siyasi maraqlarını təmin etməyə çalışar.

- Barışıq müqaviləsi və sülh prosesi nələrdir?

- İnsanlar sülh və atəşkəsi qarışdırmasınlar. Atəşkəs odur ki, atəş dayanır. Məsələn, bizdə 30 il idi ki, Ermənistanla atəşkəs idi. İndi biz torpaqlarımızı tam da olmasa azad etmişik. Mənim fikrimcə, 18-ci ilin xəritəsini iddia qoymalıyıq. Heç kim gözləməsin ki, sülh olacaq. Atəşkəs olacaq, Rusiya tutduğu ərazilərdə qalacaq, Ukrayna da qalan ərazilərdə. Xalqımız deyir ki, Ukrayna qəhrəmancasına vuruşub. Qəhrəman odur ki, dövlətini qoruya bilir, savaşa salmır. Ölən insanları kim qaytaracaq? 10 milyon ukraynalı Avropaya gedib. Onlardan neçəsi qayıdacaq? Ukraynada Azərbaycan böyüklükdə ərazi işğal olunub. Bizim Qarabağ işğal olunmuşdu, 30 il travma ilə yaşayırdıq. Kiçik rəqəm deyil, Azərbaycan böyüklükdə ərazidən söhbət gedir. Qalibləri sırasında sadalasaq, 2022-ci ildən də əvvəlki meydan hərəkatlarından sonra birinci qazanan Amerika oldu. Ukraynanın təbii sərvətlərini əldə etdi. Eyni zamanda bütün Avropaya göstərdi ki, ondan asılıdır. Rusiyanı da 15 il geri saldı. İkinci qalib Avropadır. Çünki oraya atılacaq bombalar Ukraynaya atıldı, ölən əsgərlər ukraynalı oldu. Üçüncü qalib isə Rusiya oldu ki, ən azı Azərbaycan boyda ərazi qazandı, dünyaya öz iradəsini göstərdi. Burada bir məğlub var ki, o da Ukraynadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see214

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see151

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see133

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see125

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri