Icma.az
close
up
RU
Bəzi insanlar cəmiyyətdə olan norma və dəyərlərlə uyğunlaşa bilmir MÜSAHİBƏ

Bəzi insanlar cəmiyyətdə olan norma və dəyərlərlə uyğunlaşa bilmir MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Özünəqapanma mövzusu ilə bağlı sosioloq Üzeyir Şəfiyevin SİA ilə olan müsahibəsini təqdim edirik:

- Özünəqapanmanın səbəbləri nədir?

- Bunun bir sıra səbəbləri ola bilər. Bəzi insanlar cəmiyyətdə olan norma və dəyərlərlə uyğunlaşa bilmir və cəmiyyətdən uzaqlaşır, bunun nəticəsində desosiallaşma meydana gəlir. Ailə daxilində fiziki, psioxoloji təzyiqlərə məruz qalmaq, bağça, məktəb kimi sosial strukturlarda bullinqə məruz qalmaq, əhatə dairəsi, dostlar mühiti ilə və sairə əlaqələrdə problemlər ola bilər. Bunların nəticəsində şəxs cəmiyyətdən küsə bilər. Bunlarla yanaşı fizioloji, genetik, fərdi-psixoloji problemlərdən də yarana bilər.

- Özünəqapanmanın əlamətləri nələrdir?

- İnsan mühitdən uzaqlaşır, cəmiyyətdən təcrid olunur, digər insanlarla ünsiyyətdən qaçır. Belə olduqda insan getdikcə tənhalaşır və bu özü ilə bərabər istər fizioloji, istərsə də sosial fəsadlara da gətirib çıxara bilər, sosial anemiyalara səbəb ola bilər. Belə insanlar ətraf mühitlə əlaqədə olmaqdan qaçırlar, sanki cəmiyyətdən küsürlər. Bu, şəxsin xəstəliyə düçar olmasına, aqressiv olmasına, hətta sui-qəsd düşüncəsinə belə gətirib çıxara bilir.

- Özünəqapanmanın önünə keçmək üçün nə etmək lazımdır?

- Sosiallaşma mühiti sağlam olmalıdır, maksimum şəkildə çalışmalıyıq ki, cəmiyyətdə belə insanlar az olsun. Onları cəmiyyətə inteqrasiya etməliyik. Çünki belə insanlar özləri üçün, cəmiyyət üçün də təhlükələr törədə biləcək dərəcəyə gələ bilərlər. Bəzi hallarda isə insanlar şəxsi inkişaf, yaradıcılıq məqsədi ilə özlərini digər insanlardan təcrid edirlər. Uğur hekayələrinə sahib olan bir çox insan bu yoldan keçib. Bu, müvəqqəti şəkildə özünəqapanmadır. Lakin mənfi səbəblərdən baş verən özünəqapanmanın qarşısını almalıyıq. Çalışmalıyıq ki, cəmiyyətdə insan münasibətlərində harmoniya olsun, cəmiyyətdə anemiya olmasın, bu sağlam cəmiyyətdə insanlar aktiv olsun.

Ayaz Zeynalzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri