Icma.az
close
up
RU
Rzayev: “Belə insanlar futbolu bilmir, amma…” (MÜSAHİBƏ)

Rzayev: “Belə insanlar futbolu bilmir, amma…” (MÜSAHİBƏ)

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan futbolunun ən köklü klublarından biri olan “Kəpəz” bu gün tarixi ənənəsinə uyğun olmayan vəziyyətlə üz-üzədir. Qərb bölgəsinin simvoluna çevrilmiş komanda uzun illər futbol ictimaiyyətinə unudulmaz anlar bəxş etsə də, hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq məcburiyyətindədir. Veteran futbolçular, azarkeşlər və mütəxəssislər isə klubdakı idarəetmədən tutmuş uşaq futboluna qədər mövcud problemləri dilə gətirir, “Kəpəz”in daha sağlam gələcəyi üçün çıxış yolları axtarırlar. Maraqlıdır, tarixi ənənəsi olan bu komanda necə oldu ki, bu gün belə çətin vəziyyətə düşdü ?

Mövzuyla bağlı sözügedən klubun veteran oyunçusu Vidadi Rzayevlə söhbətləşmək imkanımız oldu. Sözügedən müsahibəni sizə təqdim edirik:

– Yəqin siz də razılaşarsınız ki, “Kəpəz” tarixinə, ənənənəsinə yaraşan vəziyyətdə deyil. Müsahibələrinizdən birində demişdiniz ki, bu il Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq komandalardan biri də “Kəpəz”dir. “Kəpəz” azarkeşlərinin yaddaşında qalan, klubun tarixində yerini tutan futbolçu kimi bu proqnozu verəndə nə hiss etdiniz?
– Düzdür, “Kəpəz” Azərbaycanın tarixi klublardan biridir və Qərb bölgəsinin ən dəyərli komandalarından hesab olunur. Həmişə demişəm ki, “Kəpəz” köklü komandadır və təəssüf ki, hazırda çətin bir vəziyyətdədir. “Kəpəz”in elitada qalmaq uğrunda mübarizə aparması asan deyil və bu, ciddi sınaqlarla müşayiət olunur. Hazırda çalışırlar ki, komandanı bir araya gətirsinlər. İstənilən taktikanı tətbiq etmək çətindir, amma məşqçilər bu çətinliyin öhdəsindən gəlməyə çalışırlar. İlk iki turdan sonra komanda hələ ki, iki məğlubiyyət alıb və bu da sübut edir ki, çətin dövrlər hələ də davam edir. Şübhəsiz ki, məşqçi dəyişiklikləri də buna təsir edir. “Kəpəz” üçün Premier Liqada qalmaq uğrunda mübarizə aparmaq vacibdir və bu, həm veteranlar, həm də azadkıçlər tərəfindən dəstəklənməlidir. Sosial şəbəkələrdə də narazılıqların olduğunu görürük, amma ümid edirik ki, komanda bu vəziyyətdən uğurla çıxacaq. Mən də futbola “Kəpəz”də başlamışam və bu klub mənim üçün çox doğmadır. Ona görə də, onların çətin vəziyyətdə olmasını istəməzdim. Azarkeşlər və veteranlar komandadan ən yaxşı nəticələri gözləyirlər və ümid edirik ki, komanda bunun öhdəsindən gələ biləcək.

– Kütləvi İnformasiya Vasitələrinə verdiyiniz müsahibə və açıqlamalarda “Kəpəz” i tez-tez tənqid edirsiniz. Bəs klub rəhbərliyindən və azarkeşlərdən bu tənqidlərə görə reaksiya alırsınızmı?
– Bilmirəm, vallah, tənqid deyəndə, siz bilirsiniz, tənqid nədir. Mən həmişə demişəm ki, tənqid olmayan yerdə inkişaf da olmur. Hər şey ideal deyil. Elə oturaq deyək ki, hər şey əladır, çox gözəldir – yox, belə deyil. Yəni, tənqid olunmalıdır. Mənim özüm də orada baş məşqçi olsaydım, tənqidi qəbul edərdim. Burada əsas məsələ tənqid olunan tərəfin niyə tənqid edildiyini və hansı mövzuda olduğunu başa düşməsidir. Komanda təkcə oyunu ilə bağlı tənqid olunur, başqa səbəblərə görə yox. “Kəpəz” komandası oyunu düzəldib yaxşı çıxış etməlidir. O yaxşı çıxış etdikdən sonra da tənqid olunmayacaq. Klubdakı prosesləri azarkeşlər də görür və buna görə tənqid edirlər. Burada gənc və veteran azarkeşlər, futbolçu karyerası yaşamış insanlar klubdakı gedən prosesləri izləyir və mövqelərini bildirirlər. Futbolçuların komandaya gəlməsi və ya getməsi, müqavilə məsələləri də tənqid obyektidir. Burada məqsəd şəxsi yox, ümumi futbola yanaşmadır. Tənqid olunmaq, düzgün ifadə olunduqda, heç bir neqativ reaksiya doğurmur; buna görə də reaksiyaya da ehtiyac yoxdur. Bundan əvvəlki rəhbərlik də tənqid olunub. Tənqid yalnız konstruktivdir: belə olmamalıdır, belə komanda qurulmaz, belə idarəetmə ilə iş getməz. Uşaq futboluna laqeyd yanaşmaq, əsas komandaya əhəmiyyət verməmək də tənqid mövzusudur. Əvvəlki rəhbərlik də tənqid olunurdu, çünki uşaq futbolunda idman geyimləri və avadanlıqlar düzgün təmin edilmirdi, oyunlara hazırlıq yetərli deyildi. Belə bir böyük şəhərin klubunda bu cür vəziyyət olmamalıdır. Uşaqlar buna görə tənqid olunurdular. Reaksiya verən yoxdur, sosial şəbəkələrdə izləmədikcə qarşıma da çıxmır. Yəni, birbaşa reaksiya görməmişəm, bəlkə siz izləyirsiniz, yaza bilərsiniz, mən isə bilmirəm.

– “Kəpəz” reallığına bir də Azərbaycan futbolu prizmasından baxaq. Bir ölkənin ikinci ən böyük şəhərinin futbol komandası bu qədər problemlə boğuşur. Yəni, məntiqcə bu klubun azarkeş bazası, maddi gəlir kimi problemləri olmamalıydı, amma gördüklərimiz bizə ayrı şey deyir. Yəni, sizə elə gəlmir ki, bir şeylər kökündən səhv gedir?
– İlqar Nadir klubun icraçı direktoru təyin olunandan sonra I Divizionda hardasa üç il oynadıq ki, onlardan biri də pandemiya dövrünə düşdü. O dönəmdə biz iki il dalbadal birinci dövrəni ikinci yerdə başa vurduq ikinci dövrəyə keçəndə isə 9-10-cu yerlərə düşdük. Bu problemlər o vaxtdan, yəni həmin dövrdən var idi. Futbola aidiyyəti olmayan şəxslər rəhbərlikdə idi. Belə insanlar futbolu bilmir, amma dindirsən hamısı futboldan danışacaq. Ona qalsa azarkeşlər də futbolu yaxşı bilir, amma dərindən bilikləri yoxdur. Azarkeş gəlir, deyir ki, mən filan məşqçidən daha yaxşı bilirəm – bu mümkün deyil. Azarkeş futbolu ümumi şəkildə görə bilər, amma bəzi detalları bilmək üçün gərək peşəkar olasan. Futbol çox gözəl bir oyundur və hamı onu bilir, amma hər kəs onu dərindən bilmir. Əvvəlki rəhbərliyi də məhz buna görə tənqid edirdim. Onları elə azarkeşlər də tənqid edirdilər. Xülasə, komandada dəyişikliklər qaçılmazdır, məşqçilər də bu dəyişiklikləri nəzərə almalıdır. Əgər məşqçi bu məsələlərin öhdəsindən gələ bilmirsə, onun karyerası risk altındadır. Təbii ki, nəticə verə bilmirsə, rəhbərlik onu göndərir.

Şahlar Ruhi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Avqust 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see309

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see216

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see183

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see137

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri