İnsanlar Yolqullar kəndindən niyə qaçıblar? Qurum əməkdaşı açıqlama verdi
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Gözəl təbiəti, təmiz havası ilə seçilən Daşkəsən rayonunun Yolqullar kəndində qış aylarında yaşayış olmur.
Buna səbəb şaxtalı və soyuq keçən sərt hava şəraitidir. Yayda isə bir neçə ailə buradakı evlərində cəmi iki-üç ay qonaq qismində qalır. Bu barədə baku.tv-nin kənddən hazırladığı reportajda məlumat verilib.
Qeyd edilib ki, burada 30-a yaxın ev olsa da, onların heç birində yaşayış yoxdur. Sakinlərin çoxu evlərini qıfıllayaraq kəndi tərk edib.
Həmçinin vurğulanıb ki, sakinlərin kənddən getməsinin digər səbəbi yolların baxımsız olması, eləcə də uşaqların təhsil alması üçün məktəbin olmamasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Rövşən Məmmədov yol problemi ilə bağlı açıqlama verərək qarşıdakı illərdə təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 25 Dekabr 2024 01:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















