Icma.az
close
up
RU
İnsanları ailədən uzaqlaşdıran SƏBƏBLƏR

İnsanları ailədən uzaqlaşdıran SƏBƏBLƏR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

"Həmişə belə edirsən", "Sən, onsuz da, beləsən", "Diqqətsizsən" kimi fikirlərdən istifadə edən və ailə həyatında bir cür, sosial ortamlarda başqa cür davranışlar göstərən, həyat yoldaşının dərdinə və sevincinə ortaq olmayan, yalan söyləyən, hər iki cins üçün də keçərli olmaq üzrə məhrəm tələbləri cavabsız buraxan tərəflər bir-birilərinə qarşı sayğını da itirirlər.

Gencaile.az bildirir ki, xoşbəxt evliliyə sahib olmaq hər kəsin arzusudur. Bu da bir reallıqdır ki, evində xoşbəxt ola bilməyən insan işində, cəmiyyət arasında da xoşbəxt ola bilməz. Əgər evində bir nigarançılıq varsa, insan mütləq özünü işdə, cəmiyyətdə də narahat hiss edəcək. Amma evində xoşbəxt olan adam istər işdə, istərsə də cəmiyyətdə üzləşdiyi çətinlikləri dəf etməyi bacarır. Bir atalar misalında deyildiyi kimi, "əvvəl evin içi, sonra çölü". Amma elə insanlar da var ki, el arasında deyildiyi kimi, evə getmək onlar üçün sözün həqiqi mənasında, əzab-əziyyətdir. Bu vəziyyətin yaranmasında onları qınamaq da olar, qınamamaq da. Bəs insanları ailələrindən uzaqlaşdıran səbəblər nələrdir?

Araşdırmalar göstərir ki, bu problemlərin sırasında diqqətsizlik xüsusi rol oynayır. Bu, özünü birbaşa büruzə verməsə də, tədricən, yəni münasibətlərə təsir göstərməklə əhatə dairəsini genişləndirir. Necə deyərlər, işdən evə dönən və xoş münasibət, üzdə təbəssüm uman kişi və ya xanım tam tərsi ilə qarşılaşınca, evdə mənəvi rahatlıq tapa bilmir.

Bu problemlər sırasında münasibətlərdəki anlaşılmazlıq və ya hansısa qərar qəbul edilərkən başqasının fikrinin nəzərə alınmaması kimi səbəblər də var. Bu məsələdə həm kişinin, həm də xanımın üzərinə böyük məsuliyyət düşür.

Türkiyəli psixoloq Cihad Kayanın sözlərinə görə, evlənmədən öncə qadının sevilməsinə səbəb olan məqamları evləndikdən sonra unutması, nəzərə almaması həyat yoldaşının ondan soyumasına səbəb olur.

Psixoloqun sözlərinə görə, bəzi xanımların geyim-kecimlərinə, özlərinə fikir verməmələri həssas kişiləri hətta ailələrindən belə soyuda bilir. Psixoloq: "Hər bir xanım özü-özlüyündə bir növ kübar olmalıdır. Məsələn, o əgər evin bütün işlərini yerinə yetirir əsas diqqəti buna yönəldirsə, nəticədə özünü unudursa, həyat yoldaşına onun istədiyi qədər diqqət edə bilmirsə, kişi evindən və ailəsindən uzaqlaşır. Hətta uzaqlaşmasa belə, bir növ soyuyur".

"Biz sizi həyat yoldaşlarınızla, analarınızla, atalarınızla, uşaqlarınızla, mallarınızla, canlarınızla imtahan edərik" ayətini xatırladan mütəxəssis: "Bütün bunları gerçəkləşdirməsinə və ideal bir yoldaş olmasına rəğmən yüzlərcə xanımın aldadıldığı gerçəyini də göz ardı etməmək lazımdır",- deyir.

Bu davranışlar evliliyə zərər verir!

İnadkar olmaq. Nə vaxtsa yerinə yetirilməyən tələbi, xahişi tez-tez gündəmə gətirib başa qaxınc etmək evliliyə zərər gətirir.

Diqqətsizlik. İşləməyən xanımların həyat yoldaşlarının alışqanlıqlarını və xasiyyətlərini bildikləri halda xəstəlik, gecə uşağa baxmaq kimi səbəbləri çıxmaq şərti ilə, başqa vaxtda nahar hazırlamamaları, onları işə gedərkən qapıdan yola salmamaları da incikliyə və narahatlığa səbəb ola bilir.

Bitməyən suallar. Kişini iş saatları içində məcburi səbəblər xaricində sıx-sıx arayaraq "hardasan", "nə edirsən", "yanında kim var" suallarını vermək.

Güvənməmək. Həyat yoldaşının mobil telefonunu tez-tez yoxlamaq, onu rahat buraxmamaq, hətta nəqliyyatdakı problemlər səbəbindən eve gec gəldiyi zaman üz-gözünü turşutmaq və yersiz suallar vermək.

Ailə məhrəmiyyəti. Ailədə bir problem yaşanan kimi, valideynləri və ya qaynana-qaynatanı tapıb və ya onlara zəng vurub həyat yoldaşını şikayət etmək.

Sosial çevrəyə müdaxilə. Kişiyə onunla görüş, bununla görüşmə kimi təlimatlar vermək.

Yersiz qısqanclıq. Kişini öz anasından qısqanmaq, kişiyə anasını (qaynanasını) şikayət etmək, dava-dalaş zamanı onun ailəsini pisləmək.

Müqayisə etmək. Başqalarının öz həyat yoldaşlarına aldığı hədiyyələrdən danışmaq, müqayisə etmək və s.

Məsuliyyətlər. Kişi qapıdan girər-girməz, ondan uşaqlarla maraqlanmasını tələb etmək, "al bu uşaqları, bütün gün məni öldürüblər" kimi cümlələrlə qarşılamaq.

Pis şeyləri unutmamaq. Keçmişdə olanları tez-tez xatırlayıb, problem və münaqişələr yaratmaq.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri