İnsanları lotereya oyunlarına cəlb edən qadına HÖKM OXUNDU
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda lotereya oyunları təşkil edərək bir neçə şəxsin pul vəsaitini mənimsəyən 1996-cı il təvəllüdlü Gülay Sadıqzadə cinayət məsuliyyətinə cəlb edilib.
KONKRET.az-ın məlumatına görə, təqsirləndirilən şəxs özünü lotereya oyunlarının təşkilatçısı kimi təqdim edərək bir neçə şəxsə yalan vədlər verib. O, insanları hər ay 500–1000 manat ödəniş etməklə növbəsi çatdıqda 5000–10000 manat məbləğində pul əldə edəcəklərinə inandırıb.
Araşdırmalar zamanı məlum olub ki, Gülay Sadıqzadə zərərçəkənlərə ümumilikdə 25 700 manat maddi ziyan vurub.
Məhkəmənin hökmü ilə qadının azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
Ağagül Mürsəlov
KONKRET.az
Bu mövzuda digər xəbərlər:Dələduzluq edən qadına hökm oxundu
20 Noyabr 2025 11:34
Mərc oyunlarına görə hökm oxundu
14 Aprel 2025 15:54
Quldurluqda təqsirləndirilən qadına hökm oxundu
05 İyun 2025 16:18
Rusiyada azərbaycanlı qadına hökm oxundu
28 Avqust 2025 13:08
Evində qaldığı yeniyetmə qızı fahişəliyə cəlb edən qadına HÖKM OXUNDU
29 Noyabr 2024 16:25
Baxış sayı:41
Bu xəbər 16 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















