İnsanlarımız daha ayıq sayıq olmalıdırlar
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Tarixi zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir. Bu günlərdə Şəhər Gününü qeyd etdiyimiz Qubadlı da bu prosesdən kənarda qalmayıb. Ötən müddət ərzində Qubadlıda yaşayış massivləri salınıb, təhsil, səhiyyə ocaqları inşa edilib, Qubadlının enerji şəbəkəsi formalaşdırılıb. Bütün bunlar Böyük Qayıdış prosesinin sürətlənməsinə öz müsbət təsirini göstərir".
Newscenter-az xəbər verir ki, bunları Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili təəssüf hissi ilə onu da qeyd edib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq-abadlıq işləri bəzi xarici dairələri razı salmır və ölkəmizə qarşı müəyyən hücumlar həyata keçirilir:
"Ona görə də hesab edirəm ki, indi insanlarımız daha ayıq-sayıq olmalıdır. Çünki ölkəmizə qarşı yönəlmiş təhdidləri, təxribat cəhdlərini yalnız birlik və həmrəyliyimizlə aradan qaldıra bilərik".
Süleyman
Bu mövzuda digər xəbərlər:Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır
26 İyun 2026 12:03
Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar
23 Dekabr 2025 10:26
İnsanlarımız niyə aqressivdir Psixoloqlardan səbəblər
23 Dekabr 2024 16:23
Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız
06 Dekabr 2024 10:53
Qarda insanlarımız ciddi problemlərlə üzləşmədi Deputat
24 Fevral 2025 16:08
Baxış sayı:44
Bu xəbər 23 Oktyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















