Icma.az
close
up
RU
İnsanlarımız niyə aqressivdir Psixoloqlardan səbəblər

İnsanlarımız niyə aqressivdir Psixoloqlardan səbəblər

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanlar ictimai nəqliyyatda, işdə, küçədə insanlar bir-biri ilə kobud davranır. Bəzən xırda bir məsələ üstündə münaqişə edir, dalaşır, qarşısındakı insana fiziki təzyiq göstərir, hətta soyuq silaha belə əl atırlar. Bəs insanlardakı bu qədər gərginlik və aqressiyanın səbəbi nədir?

"Medicina" məlunatına görə, Psixoloq Vəfa Əkbər deyir ki, maddi durumun aşağı olması, ağır həyat şəraiti, ürəyincə olmayan iş yeri, iş qrafikinin həddindən artıq uzun olması, istirahət zaman ayıra bilməməsi insanlarda aqressivlik yaradır:

“İnsanın təməl təlabatlarının ödənməməsi aqressiyaya səbəb olur. Təbii ki, problemin kökündə iqtisadi böhran və ya maddi sıxıntılar varsa, bu vəziyyət həmin insanın yuxusunu da ərşə çəkəcək, əsəblərini də pozacaq.

Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, özünü yetərincə müdafiə edə bilmir. Elə insanların bilmədən ayağını yüngül tapdalasanız, yaxud da qoluna toxunsanız, artıq üsyan baş verir. Çünki elə düşünür ki, qarşı tərəf onun şəxsi ərazisinə girib, rahatlığını əlindən almaq istəyir.

Elə insanlar var ki, daxilindəki aqressiyanı, gərginliyi boğa və təmkinini qoruyub saxlaya bilir. Daxilindəki gərginlik və aqressiya ilə ancaq özünə zərər verir. Amma bəzi insanlar emosionaldır və daxilindəki aqressiyanı gizlədə, əsəblərini cilovlaya bilmir. Ətrafındakı insanlarla kobud davranır, yersiz mübahisələr edir, səbəbsiz yerə dava salır, şiddət göstərir. Qarşı tərəfə xəsarət yetirmədən, ciddi bir hadisə törətmədən sakitləşmir”.


Psixoloqun sözlərinə görə, mümkün qədər əsəb, stress yaradan insanlar və ortamdan uzaq durmaq lazımdır:

“İnsan gərək ürəyincə olan işlə məşğul olsun. İşindən zövq alsın, istəmədiyi işdə çalışmasın. İnsan ürəyincə olmayan, istəmədiyi bir işdə çalışanda aqressivləşır. Onun daxillindəki əsəb, gərginlik davranışlarına da sirayət edir”.

Vəfa Əkbər vurğulayıb ki, baş verən hadisələrə mümkün qədər reaksiyaverməməyə, emosiyaları cilovlamağa çalışmaq lazımdır. Əgər insanlar aqressivləşmək istəmirlərsə, hadisələrə tez reaksiya verməməlidirlər: “İnsan öz istəyi əsasında aqressiyasını aradan qaldıra bilər. Aqressiya insanın emosional hissidir və bunu idarə etmək insanın öz əlindədir. İnsan gərək özünü müsbətə kökləməyi bacarsın. Çünki aqressiya ilə problemi aradan qaldırmaq, onu həll etmək mümkün deyil. Əksinə, məsələyə aqressiya ilə yanaşanda vəziyyət daha kritik hədd alır.


Aqressiyanı aradan qaldırmaq üçün psixoloq köməyindən də istifadə edilə bilər. Psixoloqla aparılan söhbətlər insanların sakitləşməsinə və daxildə olan aqressiyanın müəyyən qədər aradan qalxmasına yardımçı olur”.


Sosioloq Etibar Həsənovun dediyinə görə, aqressivlik daha çox maddiyatla bağlı olur. İnsanlar öz öhdəliklərini və ailə qarşısında borcunu ödəyə bilməyəndə əsəbləşir, aqressiv olur:

“Sosial problemlər və bu problemlərin qarşısında aciz olduğunu görən insan gərginlik keçirir, daim əsəbi olur. Düşdüyü vəziyyətdən çıxış yolu tapmayanda isə aqressiya pik həddə çatır”.

Sosioloq qeyd edib ki, iş şəraitinin çətin, işin ağır olması da insanlarda aqresivlik yaran səbəblərdəndir:

"Bu gün yüzlərlə insan az məvacibə ağır işlərdə, uyğun olmayan iş şaraitində çalışmaq məcburiyyətindədir. Aldığı pulla isə ailəsini normal dolandıra bilmir. Belə insan necə başqaları ilə normal davrana bilər?”

Sosioloq Lalə Mehralı deyir ki, insanların güzəranı yaxşı olsa, maddi və mənəvi sıxıntısı olmasa, ətrafındakılarla rəftarı və davranışları da yaxşı olar:

“Küçədə gedərkən qarşımıza çıxan insanın sifətinə baxmaqla onun necə həyat yaşadığını çox asanlıqla müəyyən edə bilirik. İnsan daxili təlatümünü nə qədər gizlətməyə çalışsa da, bu, onun sifətinə sirayət edir. İnsanın daxilindəki gərginlik və aqresiya davranışlarına da təsir göstərir. Çox təəssüf ki, bu gün problemsiz insan yoxdur. Ona görə də insanlarımızın çoxunda aqressiya görürük.İnsan xoşbəxt olanda əsəbi, gərgin olmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 23 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri