Icma.az
close
up
RU
Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Qalır bu üstünlüklərdən yararlanıb qarşıya qoyulan vəzifələri icra etmək 
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Qaxda Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı müşavirə keçirilmişdir.
Fasilə zamanı müşavirədə iştirak edən fermerlər, iş adamları ilə görüşüb söhbət etdik, dövlət proqramı ilə bağlı onların fikirlərini öyrəndik, təkliflərini dinlədik.
İlk həmsöhbətimiz olan "Ulu Aqro" MMC-nin rəhbəri Vüqar Xəlilov dedi ki, öncə kənd təsərrüfatının inkişafını müəyyən edən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş bu tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm:
 

"Dövlət proqramının başlıca hədəfi olan - ekstensiv yanaşmadan intensiv - hər hektardan daha çox məhsul götürən modelə keçidin real mənzərəsini rəqəmlərlə diqqətinizə çatdırmaq istərdim. 2025-ci ildə meyvəçilik üzrə nəticələrimiz Qax rayonu üzrə istehsal olunan ümumi meyvə həcminin 63,4, dənli bitkilər üzrə 9,9, o cümlədən buğda üzrə 17,2 faizini təşkil etmişdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, müəssisəmizdə 145 nəfər daimi, 1400 nəfər mövsümi işçi çalışır.


Yeni dövlət proqramı 2026-2030-cu illər üçün aqrar sektorun intensiv, ixracyönümlü və yüksək əlavə dəyər yaradan modelə keçidini hədəfləyir.
Rəhbərlik etdiyim "Ulu Aqro" bu istiqamətlərin, demək olar ki, hamısından - intensiv bağçılıq, pivot və müasir suvarma, soyuducu logistika və zəncirvari emal modelindən istifadə etməklə ortaya əməli nəticələr qoyur. Təbii ki, bütün bunlar dövlət proqramının regionda uğurla icra olunması üçün hazır baza rolunu oynayır.
Müşavirədə də qeyd olunduğu kimi, qarşıda bizi yeni layihələr, yeni hədəflər gözləyir. Yaxın dövrlərdə badam və qoz daxil olmaqla qərzəkli meyvə emalını, həmçinin heyvandarlıq sahəsini inkişaf etdirməyi planlaşdırırıq. İnamla deyə bilərəm ki, kənd təsərrüfatı sahəsində əldə etdiyimiz uğurlar Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və qayğısının nəticəsidir". 
Növbəti müsahibimiz iş adamı Dilarə ƏhmƏdova oldu. O, ölkəmizdə qadın futbolunun əsasını qoyan və inkişaf etdirən xanımlardandır.
Bu sahədə qazandığı uğurlara görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalına layiq görülüb. 10 ildən çoxdur ki, Dilarə Əhmədova fermer kimi fəaliyyət göstərir. Həmin günlərdən söz açan Dilarə xanım dedi ki, 2015-ci ildən rəsmi qeydiyyatdan keçərək qadın fermer kimi fəaliyyətə başlayıb:
"İlk günlər arıçılıqla məşğul oldum. Sonra bağçılıq təsərrüfatı yaratdıq, fındıq bağları saldıq. Dövlət tərəfindən verilən subsidiyalarla təsərrüfatımızı xeyli genişləndirdik. İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bizə müasir avadanlıqlar verdilər, fəaliyyət göstərməyimiz üçün əlverişli şərait yaratdılar.
 

Çox keçmədi ki, "Akasiya" kooperativini açdıq. İndi həmin kooperativə rəhbərlik edirəm. 40 nəfər daimi işçimiz var. Zaman keçdikcə dövlətin diqqət və qayğısı sayəsində təsərrüfatımızı daha da genişləndirdik. Bu gün arıçılıqla, bağçılıqla, taxılçılıqla məşğul oluruq. 50 hektardan çox fındıq və alma bağlarımız var.


Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi yeni dövlət proqramı biz fermerləri ürəkdən sevindirdi.
Çünki qəbul olunmuş sənəd bizim kimi çalışqan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərəcək, təsərrüfat sahələrimiz genişlənəcək, bazarlara çıxışımız asanlaşacaq, istehsal əvvəlki illərə nüsbətən artacaq, həmçinin problemlərimiz operativ həllini tapacaq. 
Dövlət proqramı ilə yaxından tanış olanda gördük ki, biz iş adamlarının təklif etdikləri məsələlər də sənəddə öz əksini tapıb.
Müşavirədəki çıxışları çox maraqla dinlədim. Belə bir müşavirənin keçirilməsi çox yaxşıdır. Dövlət proqramından gözləntilərimiz böyükdür. Hiss edirik ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına diqqət və qayğı var. Bu, sözsüz ki, nəticəsiz qalmayacaq". 
"2003-cü ildən fermer kimi fəaliyyət göstərirəm", - deyə digər iş adamı Hüseyn Tarverdiyev söhbətimizə qoşuldu: "Arxada qalan bu illər ərzində iş prosesində heç vaxt hansısa bir maneə ilə qarşılaşmamışıq. Yəni heç vaxt deyilməyib ki, bu olmaz, o olmaz. Qanun çərçivəsində nə vaxt, nə istəmişiksə, təmin ediblər. İş adamı kimi həmişə, hər yerdə dövlətimiz tərəfindən diqqət və qayğı görmüşük. Bu illər ərzində yaradılmış şəraitdən bacarıqla istifadə edərək təsərrüfatımızı inkişaf etdirmişik. Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır.
Qazandığımız uğurların əsasında dövlətimizin diqqət və qayğısı, yüksəksəviyyəli təminatımız və zəhmətsevərliyimiz dayanır. Müşavirədə həvəslə iştirak etdik. Çünki bu gün burada danışılan fikirlər bizim sabahkı fəaliyyətimizin əsasını təşkil edəcək. Ona görə də çıxışları böyük maraqla dinlədik. Kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramı biz fermerləri çox sevindirir.
Çünki bu gündən sonra fəaliyyət göstərməyimiz üçün daha da əlverişli şərait yaradılacaq. Proqramın uğurla həyata keçirilməsi bizim işə olan məsuliyyətimizi də, diqqətimizi də artıracaq. Sahələrdən daha çox məhsul götürərək ərzaq təminatına olan ehtiyacın ödənilməsinə öz töhfəmizi verəcəyik. Dövlətimizin biz iş adamlarına göstərdiyi etimadı əməli işimizlə doğruldacağıq".

Söhbətimizi Qaxın Turaclı kənd sakini, iş adamı Nəcəf MirzƏyevlə davam etdirdik. Dedi ki, 2020-ci ildə "Şan balı" adlı kooperativ yaradaraq arıçılıqla məşğul olmağa başlayıb:
"Zaman keçdikcə dövlətimizin dəstəyi ilə təsərrüfatımızı daha da genişləndirdik. İndi arıçılıqla yanaşı, 3 hektardan çox fındıq bağı da salmışıq. Artıq ağaclar bar verir, məhsulumuz bol olur. İmkanlarımız artdıqca təsərrüfatımızı da genişləndiririk. Biz fermerlər, iş adamları hər addımda dövlət dəstəyini hiss edirik.
 

Dövlətimiz aqrar sahənin inkişafı istiqamətində daim mühüm addımlar atır. Prezident İlham Əliyevin 25 may 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərdi ki, dövlət aqrar sahənin inkişafına böyük önəm verir. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qəbul edilmiş dövlət proqramı da bunu göstərir. İş adamı kimi deyə bilərəm ki, bu, tam yerində və zamanında verilmiş qərardır.


Müşavirədə çıxış edənlər çox dəyərli və vacib fikirlər səsləndirdilər. İnanırıq ki, bu fikirlər, irəli sürülən ideyalar tez bir zamanda həyata keçəcək, reallığa çevriləcək. Kənd təsərrüfatının inkişafı üçün qəbul olunmuş dövlət proqramı biz iş adamlarına yeni imkanlar yaradacaq. Bu proqramın kooperativlərin inkişafına da böyük dəstək verəcəyini gözləyirik.
Ölkədə aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən zəruri tədbirlər, fermerlərə, iş adamlarına və sahibkarlara göstərilən dövlət dəstəyi yaxın zamanlarda müsbət nəticələr verəcək. Buna zərrə qədər şübhəmiz yoxdur".
Qeyd edək ki, material Vahid Məhərrəmovun “Azərbaycan” qəzetində dərc olunmuş yazısı əsasında hazırlanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri