Icma.az
close
up
RU
İnsanların böyük şəhərlərə meyl etməsi təkcə Azərbaycanın məsələsi deyil, bütün dünyada eyni tendensiyadır

İnsanların böyük şəhərlərə meyl etməsi təkcə Azərbaycanın məsələsi deyil, bütün dünyada eyni tendensiyadır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cıildə Bakıda dünyanın urbanizasiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan hökuməti ilə BMT arasında imzalanan saziş Bakının bu qlobal missiyanı üzərinə götürməsini rəsmiləşdirib. Mayın 18-dən 22-dək Bakının ev sahibliyi edəcəyi bu forum dünyanın müxtəlif qitələrindən gələcək mütəxəssisləri, dövlət nümayəndələrini, urbanistləri və ekoloqları bir araya gətirəcək. Şəhərsalma forumunda şəhərlərin nəqliyyat sistemi də diqqətdən kənarda qalmayacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu forumun Bakıya faydası çox böyükdür.

Rauf Ağamirzəyev

“Şəhərlərdəki çağırışlar, problemlər, həlli yolları, ciddi panel müzakirələri bu çox böyük bir dəyərdir və bu problemi başa düşüb, həlli üçün bir imkandır. Bu, birinci məsələdir. Bu tədbirlər şəhərdə küçələrimizin hibridləşməsi və onların daha çox funksional olması yönündə həll edilməsi məqamlarına diqqəti artırır”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, şəhərimizdə piyada infrastrukturunda vəziyyət acınacaqlıdır.

“Bütün dünya şəhərlərində şəhər əhalisinin yaşlanma tendensiyası yüksəlir və yaşlı insanların da hərəkət məhdudluğunu nəzərə alaraq inklüzivlik məsələsinin nə qədər vacib olduğu önə çıxır. Yəni yaşlılar, uşaqlı valideynlər, əlillər nəzərə alınaraq, küçələr elə rahat qurulmalıdır ki, onlar rahat hərəkət etsinlər. Onların önündə baryer olmasın, yerin altından yerin üstünə çıxmaq məcburiyyətində qalmasın və səki daşları hündür qoyulmasın ki, onlar onu keçə bilsinlər. Panduslar olsun ki, onlar daha rahat hərəkət etsinlər. Eyni səviyyəli təhlükəsizlik adacığı ilə təmin olunmuş, kontrast işıqlandırma ilə təmin olunmuş keçidlərin sayını artırmaq lazımdır. Ümumi olaraq şəhərdə sürəti azaldan həllər tətbiq olunmalıdır ki, şəhərimiz daha təhlükəsiz, daha inklüziv olsun, daha əlçatan olsun və məhz bugünkü dünya şəhərlərinin çağırışları eynidir. Böyük şəhərlər, ümumiyyətlə, şəhərləşmə məsələsi, insanların böyük şəhərlərə meyl etməsi təkcə Azərbaycanın məsələsi deyil, bütün dünyada eyni tendensiyadır.

Bu günlərdə “ictimai nəqliyyatda süni intellektin tətbiqi” mövzusunda 3 günlük təlimdə oldum. Orada qeyd olundu ki, 1950-ci illərdən bu proses şəhərləşmə daha aktiv baş verir. Son illərin tendensiyası da onu göstərir ki, qonşu dövlətlərdə də eyni proseslər müşahidə olunur. Böyük şəhərlərə meyl artır, çünki böyük şəhərlərdə işləmək üçün daha böyük imkanlar var. Amma bu da imkanlar olduğu kimi, həmçinin də yeni risklər formalaşdırır. Ekoloji risklər, səs kirliliyinin yaratdığı sağlamlıq riskləri və bu riskləri minimumlaşdırmaq üçün bütün dünyada artıq buna vahid bir yanaşma var. Dayanıqlı şəhərin mobillik prinsiplərinə əsasən şəhər infrastrukturu təkmilləşdirilir. Yəni burada da manipulyativ məqamlar var. Şəhər varsa, əgər ifrat tikilibsə, elə fikirlər var ki, şəhərdən köçürülmə və s. kimi fikirlər səslənir. Amma şəhərin çağırışları varsa, onun həlli yolları da var və bu riskləri minimumlaşdırmaq olar. Yəni əgər şəhər böyüyübsə sürətlə üstü, amma yeraltı kommunikasiyası genişlənməyibsə təxirə salınmadan bu məsələ həll olunmalıdır. Əgər şəhər böyüyürsə bir sahədə daha çox məskunlaşma artıbsa, orada hərəkətin növləri üzrə şərait yaratmaqla, insanların eyni yerdə daha komfortlu yaşamını təmin etmək olar. Yəni hər dəfə avtomobillə hərəkət etmək kimi bir zərurəti yaranmasın deyə, digər növlərin şəraitini yaratmaq lazımdır ki, insanlar daha çox rahat gəzə bilsinlər, rahat hərəkət edə bilsinlər. Öz həyətlərində asudə vaxtın keçirə bilsinlər, səs və hava kirliliyi, onlara diskomfort yaşatmasın. Yəni Azərbaycan və Bakı dünya şəhərlərindən biridir. Yəni dünyada bu çağırışlarla bir çox böyük şəhərlər, hal hazırda mübarizə aparır.

Azərbaycanın icra etdiyi transformasiya deyil. Mobillik transformasiyası məhz dünyada olan nümunələrə əsasən olunur. Ciddi təhlillər aparılıb və müasir alətlərdən istifadə edilərək bunlar tətbiq olunur. Rəqəmsal əkizdən istifadə edilir. Daha əsaslı qərarın verilməsi üçün işlər görülür və bu mənada düşünürəm ki, 2026-cı il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda olması hər birimizə qazandırır. Əgər biz öyrənməyə maraqlıyıqsa və bu tədbir bizim şəhərimizə gəlib çıxırsa, aktiv olmalıyıq”-deyə Rauf Ağamirzəyev bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri