Icma.az
close
up
RU
İnstaqramda milyonluq səhifəsi olan pedoqoq Nihad Şahbazov kimdir?

İnstaqramda milyonluq səhifəsi olan pedoqoq Nihad Şahbazov kimdir?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnstaqramda 1 milyonluq “fizika.dim” səhifəsinin sahibi gənc müəllim Nihad Şahbazov öz təcrübəsi ilə adından söz etdirməyi bacarıb. Hazırladığı şagirdərin qazandığı nailiyyətlərlə özünü bir daha sübut edən gənc pedoqoq bu gün sahəsinin ən yaxşılarındandır.

O, hazırda keçdiyi dərslərdə dünyanın ən müasir kompüterlərindən birini istifadə edir. Təxminən 20 min manata başa gələn bu kompütərin hazırlanma prosesi 1 ay vaxt aparıb. Amma əbəs yerə texnikaya o qədər pul xərclənməyib. Kompüter ən son nəsil i9 14900k 6.0 Ghz prosessor və 64 gb DDR5 Ramlarla, Case olaraq isə Lian Li seçilmiş və maye soyutma sistemi ilə təchiz edilib. Bu qurulma mürəkkəbliyi ilə ölkəmizdə top 5 kompüter siyahısındadır.

Nihad Şahbazovu yaxından tanıyaq...

Azərbaycanlı pedaqoq, qrafika dizayneri, səs prodüseri və yaradıcı insan kimi tanınan Nihad Şahbazov Masallı rayonunda ziyalı ailəsində doğulub. Anası kimya, atası isə riyaziyyat müəllimidir. Nihad Masallı rayonunun 3 saylı tam orta məktəbini bitirib. Daha sonra təhsilini Bakı Dövlət Universitetinin Fizika Müəllimliyi ixtisasında davam etdirib. O, buranı müvəffəqiyyətlə bitirdikdən sonra magistr pilləsini Ukraynanın ən tanınmış universitetlərindən biri olan (NTU "KhPI") Milli Texniki Universitetində, yəni Xarkov Dövlət Politexnik İnistitutunda "Tətbiqi Fizika və Nanomateriallar" ixtisasında oxuyub.

Nihadın atası Hamlet Şahbazov deyir ki, oğlunun uşaqlıqdan elektrik avadanlıqlarına qarşı xüsusi marağı olub. Bu gün onun yaradıcılıq nümunələri və şagirdlərinin qazandığı nəticələr böyük rəğbətlə qarşılanır.

Nihad Şahbazov hesab edir ki, onun üçün bütün şagirdlərə nəticə vermək mümkündür: "Şagirdin imtahan üçün nə qədər vaxtının qalması isə əhəmiyyət kəsb etmir. Yəni bir ay vaxtı qalsa belə fizikadan qəbul imtahanında 15 sual artımı etdirmək olar. Burada əsas faktor valideynin deyəcəyim qaydalarda şagirdə nəzarəti, şagirdin verilən tapşırığa ciddi əməl etməsi və məqsədidir. Bunlar varsa, tam əminliklə deyə bilərik ki nəticə olacaq".

Qeyd edək ki, Nihad müəllim, həm də xeyirxah təşəbbüsləri ilə seçilir. O, 2023-2024-cü illərdə "Fizika Dim" başlığı adı altında Çad, Banqladeş və Əfqanıstana etdiyi yardımlarla izləyicilərinin qəlbini qazanıb. Gənc pedoqoq bu gün də ölkəmizdə ehtiyacı olan insanlara dəstəyini əsirgəmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri