Taleh Kazımov: Valyuta ehtiyatları 40 aylıq idxalı maliyyələşdirməyə imkan verir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dollarına çatıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, strateji valyuta ehtiyatları 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir.
AMB sədri qeyd edib ki, beynəlxalq təcrübədə bu göstəricinin üç ay səviyyəsində olması yetərli hesab edilir. Azərbaycanın ehtiyatları isə geniş pul kütləsini 3,4 dəfə üstələyir.
Taleh Kazımov xarici sektor göstəricilərinin də ölkə üçün əlverişli olduğunu bildirib. Gömrük statistikasına əsasən, xarici ticarət balansının müsbət saldosu 10,5 milyard dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 29 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















