Icma.az
close
up
RU
“İnsultdan necə yaxa qurtamaq olar?“ həkimlər vacib qaydaları açıqlayıb

“İnsultdan necə yaxa qurtamaq olar?“ həkimlər vacib qaydaları açıqlayıb

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bəzi sadə vərdişlər insult riskini minimuma endirməyə kömək edə bilər..."

Tibb sahəsindəki mütəxəssislər beyin insultunun qarşısını almağa kömək edə biləcək tövsiyələrini bölüşüb.

Moderator.az xəbər verir ki, bu barədə "Styler" nəşri yazıb.

İnsult dünyada ölümün əsas səbəblərindən biridir və onun yaranma riskini azaltmaq üçün bir sıra sadə, lakin effektiv qaydalara əməl etmək vacibdir.

1. Fiziki aktivlik

Müntəzəm fiziki fəaliyyət insultun qarşısının alınmasında mühüm rol oynayır. Mütəxəssislər gündə ən azı 20 dəqiqə fiziki aktivliyə vaxt ayırmağı tövsiyə edir.

Bu, səhər idmanı, yüngül məşqlər və ya gündəlik gəzintilər ola bilər. Fiziki aktivlik qan dövranını yaxşılaşdırır, çəki və arterial təzyiq səviyyəsini nəzarətdə saxlamağa kömək edir ki, bu da insult riskini əhəmiyyətli dərəcədə azaldır.

2. Emosional tarazlıq

İnsanın psixo-emosional vəziyyəti çox vacib amildir. Harvard İctimai Səhiyyə Məktəbinin araşdırmaları göstərir ki, qəzəb və ya güclü stress insult riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Qəzəb tutmasından sonra ilk iki saat ərzində insult ehtimalı üç dəfə artır. Buna görə də emosiyaları idarə etməyi öyrənmək, güclü stress vəziyyətlərindən qaçmaq və meditasiya, tənəffüs məşqləri kimi rahatlama üsulları tapmaq vacibdir.

3. Yuxunun keyfiyyəti

Yuxunun kifayət qədər olmaması ürək-damar xəstəliklərinin inkişafı üçün ciddi risk amilidir. Həkimlər gündə ən azı 7 saat yatmağı tövsiyə edir.

Xroniki yuxu çatışmazlığı stresin, əsəbilik səviyyəsinin və yorğunluğun artmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı təsdiqləyir ki, yuxusuzluq sağlamlığa siqaret qədər mənfi təsir göstərir və insult riskini dörd dəfə artıra bilər.

4. Düzgün qidalanma

Rasiona zeytun yağı və kaliumla zəngin qidaların daxil edilməsi insult ehtimalını azaltmağa kömək edir.

Son araşdırmalar göstərir ki, orqanizmdə kalium səviyyəsinin aşağı olması arterial təzyiqin artmasına və insult riskinin yüksəlməsinə səbəb olur.

Kalium çatışmazlığı zamanı duzdakı natriumun yüksək miqdarı su-duz balansının pozulmasına gətirib çıxarır və bu da ürək və damar sisteminə əlavə yük yaradır.

Əlavə tövsiyələr:

- Arterial təzyiqin nəzarətdə saxlanılması: yüksək təzyiq insultun əsas risk amillərindən biridir. Təzyiqin müntəzəm ölçülməsi və onun nəzarətdə saxlanılması xəstəliyin qarşısını almağa kömək edə bilər.

- Sağlam çəki: artıq çəki ürək-damar sisteminə yükü artırır, eyni zamanda, diabet riskini yüksəldir ki, bu da insult ehtimalını artırır. Sağlam qidalanma və müntəzəm fiziki aktivlik normal çəkini qorumağa kömək edəcək.

- Zərərli vərdişlərdən imtina: siqaret və alkoqoldan həddindən artıq istifadə insult riskini əhəmiyyətli dərəcədə artırır. Bu vərdişlərdən imtina ümumi sağlamlığı yaxşılaşdıracaq və bir çox xəstəliklərin qarşısını almağa kömək edəcək.

Beləliklə, bu sadə qaydalara əməl etməklə insult və digər ürək-damar xəstəliklərinin qarşısını almaq, eləcə də ümumi sağlamlığı və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Mart 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri