Icma.az
close
up
RU
“İnteqrativ onkologiya” onkoloji xəstəliklərin müalicəsinə fərqli yanaşma FOTO

“İnteqrativ onkologiya” onkoloji xəstəliklərin müalicəsinə fərqli yanaşma FOTO

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 26-da Milli Onkologiya Mərkəzində “İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Medicina.az xəbər verir ki, onkoloji xəstəliklərin diaqnostika və müalicəsində ən son elmi nailiyyətlər hansılardır? Müasir dövrdə hansı yeni fikir və fərqli yanaşmalar daha aktualdır? Xroniki xəstəlik sayılan onkoloji proseslərin standart müalicəsində hansı yanlışlıqlar var? Yeni istiqamət olan “İnteqrativ onkologiya” bu yöndə nələr təklif edir? kimi mövzularla bağlı konfransın spikerləri həkimlərə - Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl səhiyyə ocaqlarının onkoloqları, genetika üzrə mütəxəssislərinə geniş məlumat veriblər.

Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.


Daha sonra söz spikerlərə verilib. Spikerlərdən biri alman alimi (türk əsilli), Almaniya Onkologiya Cəmiyyətinin vitse-prezidenti və Elmi Məsləhət Şurasının üzvü dr. med. Hüseyn Şahinbaş idi. Dünyaca məşhur alimin maraqla qarşılanan çıxışının mövzusu alman alimi H.H..Rekkeveqin “Xəstəliklərin 6 fazalı inkişaf cədvəli”nə görə xərçəngin yaranma səbəbləri, bu xəstəliyin müalicəsində drenaj-detoksikasiya və qidalanmanın rolu haqqında olub. Hüseyn Şahinbaş bu mövzu ətrafındakı yeni tibbi bilgilərini azərbaycanlı həmkarları ilə bölüşüb.

Gün boyu davam edən tədbirdə türk əsilli məşhur alimin xərçəng xəstəliklərinin müalicəsində yüksəkdozalı vitamin C infuziyaları və omeloterapiyadan istifadənin uğurlu nəticələri” və “Onkoloji xəstəliklərin müalicəsində psixoterapiya, idman və termoterapiyanın rolu” mövzusundakı çıxışları da onkoloqların diqqətini çəkib.

Konfransda maraq və diqqətə səbəb olan çıxışlardan biri də həkim-ginekoloq, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Natəvan Axundovanın mərüzəsi idi. Natəvan xanımın çıxışı “Uşaqlıq boynunun xərçəngönü xəstəliklərində omeloterapiyanın effektivliyi”nə həsr olunub.

Beynəlxalq Elmlər Akademiyasının akademiki Fikriyyə İbrahimlinin ”İnteqrativ tibb metodları ilə kimyaterapiyanın əlavə təsirlərinin aradan qaldırılması“ mövzusundakı çıxışı iştirakçılarda bir daha belə qənaət yaradıb ki, onkoloji xəstəliklərdən əziyyət çəkən insanların yaşam tərzini, əhval-ruhiyyəsini, psixologiyasını xeyli yaxşılaşdırmaq mümkündür və bunun üçün İnteqrativ Tibbin fərqli yanaşması və müalicə üsulları daha məqsədəuyğundur.





Dünyada inteqrativ onkologiyanın hansı nailiyyətləri var?



Bu yenilikləri ölkəmizdə necə tətbiq edə bilərik?

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin onkoloqu, baş həkimin müalicə işləri üzrə müavini Rəna Niftəliyeva öz çıxışında daha çox bu məsələlərə toxunub və təbii ki, çıxışı ilə konfrans iştirakçılarının diqqətini mövzuya cəlb etməyi bacarıb.

“İnteqrativ onkologiya” mövzusuna həsr olunmuş konfransda Rusiya Xalqlar Dostluğu Universiteti, Şərq Təbabəti İnstitutunun professoru, tibb elmləri doktoru İvan Stanislavoviç Rolikin “Dəri xərçənginin İnteqrativ Tibb üsulları ilə müalicəsindən klinik hallar”, Milli Onkologiya Mərkəzinin onkoloqu, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurovun “Onkologiyada ənənəvi müalicə üsulları” mövzusundakı çıxışlarından həmkarları öz sahələrinə aid yeni bilgilər ala biliblər.

Tədbirin sonunda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri