Icma.az
close
up
RU

İNTEQRATIV TIBB MÜALICƏYƏ YENI YANAŞMADIR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

T.E.D., PROFESSOR AKIF QURBANOV

ATU, Tibbi mikrobiologiya və immunologiya kafedrası

Tibb elminin çoxsaylı uğurlar qazanmasına baxmayaraq, müasir dövr xəstəliklərin artması ilə xarakterizə olunur. Demək olar ki, əksər insanlar orta yaşlarından etibarən bir və ya bir neçə xəstəlikdən əziyyət çəkir. Çoxsaylı tibb mərkəzlərində müxtəlif ixtisaslı həkimlərin səylərinə baxmayaraq bu xəstəliklərin bəzilərini müalicə etmək demək olar ki, mümkün olmur. Belə hallar insanların həyat keyfiyyətini pisləşdirməklə yanaşı, həkimlərə və tibb elminə inamı getdikcə azaldır və sonda xəstə öz xəstətəliyi ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalır.

Səbəb nədir?Getdikcə pisləşən ekologiya (yaşadığımız mühit) – suyun, torpağın, havanın çirklənməsi. Qidalanma - hazırda qidaların əksəriyyəti keyfiyyətsizdir və sağlamlığa zərər verən konservantlarla zəngindir. Sağlam qida tapmaq getdikcə çətinləşir. Çoxsaylı streslər – səs-küy, nəqliyyat və əhali sıxlığı, ağıllı telefon və komyuterlərin həyatımıza getdikcə artan müdaxiləsi və s. - bütün bunlar bizi daim gərgin vəziyyətdə saxlayır. Sanki istirahət etmək üçün yer tapmaq da getdikcə çətinləşir.

Beləliklə, insan orqanizminə əlverişsiz təsir göstərən bu və ya digər çoxsaylı amillər xəstəliklərin müalicəsinə yeni yanaşmalar tələb edir. Diaqnoz qoymaq və müalicə etmək üçün tətbiq edilən ənənəvi üsullar bir çox hallarda effektsiz qalır. 

Ənənəvi müalicə üsulları effektsiz qaldığı hallarda digər üsullardan, xüsusən alternativ üsullardanistifadəmüalicə imkanlarını daha da artırır. Başqa sözlə, xəstəliyi müalicə etmək üçün ənənəvi müalicə üsullarına digər üsulların əlavə edilməsi lazım gəlir.Beləliklə,hazırda müalicə üçün yeni yanaşma - İnteqrativ Tibb inkişaf etməkdədir. İntegration – “birləşmə” mənasını verən söz xəstənin müalicəsi üçün bütün müvafiq müalicə üsullarını birləşdirməyin zəruriliyini ifadə edir.

İnteqrativ Tibb xəstəni müalicə etmək üçün müasir tibbin bütün ən yaxşı müalicə üsullarınınbirləşdirilməsini (inteqrasiyasını) nəzərdə tutan yeni bir sahədir. İnteqrativ Tibbin üsulları bir birini tamamlayır və xüsusən xroniki xəstəliklərin müalicəsində böyük nailiyyətlər əldə etməyə imkan verir. Fərdin sağlamlığının beş əsas - fiziki, emosional, sosial, mənəvi və intellektual aspektləri var ki, inteqrativ yanaşma bu sahələrin heç birini diqqətdən kənarda saxlamır. İnteqrativ Tibb- ənənəvi allopatik müalicəüsullarını ənənəvi olmayan müalicəüsullarıilə birləşdirən və xəstənin fiziki, emosional və mənəvi ehtiyaclarına cavab verən bir fəlsəfədir.

Ənənəvi olmayan müalicə üsullarına əsaslanan təbabət bəzən tamamlayıcı və alternativ tibb adı ilə də tanınır. Alternativ tibbin biotənzimləyici təbabət, o cümlədən homeopatiyavə izopatiya, akupunktura, manual terapiya, fitoterapiya, meditasiya və s. kimi çoxsaylı üsulları hazırda İnteqrativ Tibbin "alətlər qutusuna" daxil edilə bilər.

İnteqrativ Tibb həkimləri sözün həqiqi mənasında yalnız xəstəliyi deyil, bütün orqanizmi müalicə etmək üçün çalışır. Bu zaman həkim bütün müalicə üsullarını birləşdirərək şəfa vermək üçünorqanizmə zərər vermədəndaha az müdaxilə etməklə, daha azvəsait tələb edənmüalicə üsullarına diqqət yetirir.

İnteqrativ Tibb hətta müalicəsi mümkün olmayan bəzi hallarda –şəkərli diabet, autoimmun xəstəliklər,bədxassəli şişlər, davamlı ağrı, fibromialgiya və bir çox digər xəstəliklər zamanı yorğunluq, ağrı və narahatlığı azaldaraq simptomlarını daha yaxşı idarə etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

2005-ci ildə İnteqrativ Tibb Akademik Sağlamlıq Mərkəzləri Konsorsiumu İnteqrativ Təbabəti aşağıdakı kimi təyin etmişdir: həkim və xəstə arasındakı əlaqənin əhəmiyyətini bir daha təsdiq edən, bütün orqanizmə diqqət yetirən, sübutlara əsaslanan, optimal sağlamlıq və şəfa əldə etmək üçün bütün uyğun terapevtik yanaşmalardan, səhiyyə xidmətlərindən istifadə edən tibbi təcrübədir.

Bu gün artıq bütün dünyada müasir səhiyyə sisteminin getdikcə inteqrasiyaya daha çox yönəldiyi göstərilir. İnteqrativ Tibb dünyanın 40-a yaxın universitetində tədris edilir və çoxsaylı klinikalar fəaliyyət göstərir. Azərbaycanda “İnteqrativ Tibb” səhəsində təcrübə toplamış, bir sıra xəstəliklərin müalicəsində çox uğurlu nəticələr əldə etmiş Bioloji Təbabət Klinikaları şəbəkəsi artıq 15 ildir fəaliyyət göstərir. İnteqrativ Tibb sahəsində toplanmış təcrübəni nəzərə alaraq son illərdə Beynəlxalq Elmlər Akademiyası nəzdində  “İnteqrativ Tibbdə elmi araşdırmalar mərkəzi” fəaliyyətə başlamışdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 12 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see161

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see155

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri