“İnter” azarkeşlərinə A Seriyasının növbəti üç səfər oyununa qatılmaq qadağan edilib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İnter” azarkeşlərinə 1 fevralda komandalar arasında oyun zamanı “Kremoneze”nin qapıçısı Emil Auderoya atılan fişənglə bağlı hadisədən sonra komandalarının növbəti üç səfər A Seriyası oyununa qatılmaq qadağan ediləcək.
İdman.Biz bildirir ki, hadisə nəticəsində 29 yaşlı qapıçı ayağından zədələnib və sağ qulağında eşitmə itkisi yaranıb.
“Ciddi iğtişaşlardan sonra Daxili İşlər Naziri “İnter” azarkeşlərinin 23 mart 2026-cı ilə qədər səfər oyunlarına səyahət qadağası, eləcə də Lombardiya sakinlərinə bu matçlar üçün bilet satışının qadağan edilməsi barədə əmr verib. Bu tədbir ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinə, idman tədbirlərinin rahat keçirilməsini poza biləcək hadisələrin təkrarlanmasının qarşısının alınmasına yönəlib”, - İtaliya Daxili İşlər Nazirliyinin “La Gazzetta dello Sport” qəzetində dərc olunan rəsmi açıqlamasında deyilir.
Qadağa 8 martda keçiriləcək “Milan” – “İnter” derbisinə şamil edilməyəcək. Buna görə də, “nerazzurri” azarkeşləri “Sassuolo”, “Leççe” və “Fiorentina” ilə səfər oyunlarına qatıla bilməyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Fevral 2026 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















