Icma.az
close
up
RU
“İnter” irəli, “Milan” isə geriyə addımlayır

“İnter” irəli, “Milan” isə geriyə addımlayır

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

A seriyasının 30-cu turunda qeydə alınan nəticələr turnir cədvəlinin ən yüksək pillələrini tutan əksər komandalar üçün uğurlu alındı.

"Football-plus.az" xəbər verir ki, “İnter” zirvədəki, “Napoli” isə 2-ci yerdəki yerini qorudu. İtaliyanın son çempionu evdə “Udineze”dən maksimum xal aldı. Amma qələbə milanlılara heç də asan başa gəlmədi. Doğrudu, zədəli Lautaro Martinesin yoxluğunda Arnautoviç ilə Frattezinin qolları Simone İnzaqinin komandasının fasiləyə inamlı üstünlüklə yollanmasını təmin etdi. Amma qonaqların 71-ci dəqiqədə fərqi minimuma endirməsi qalan vaxtda milanlıların işini çətinə saldı. Buna baxmayaraq, vacib qələbəni əldən verməyən son çempion liderliyini qorudu.
Əvvəlki 7 turda yalnız 8 xal qazana bilən “Napoli” bu dəfə büdrəmədi. Halbuki cənublular evdə “Milan”a qarşı oynadılar. Politano ilə Lukakunun qolları neapolluların fasiləyə iki topluq üstünlüklə yollanmasını təmin etdi. Milanlıların sona yaxın fərqi azaltması matça intriqa gətirsə də, Antonio Kontenin komandası lider ilə 3 xallıq fərqin artmasına imkan vermədi və 2-ci yerdəki mövqeyini qorudu.
“Napoli” artıq əsas izləyicisi “Atalanta”nı 6 xal qabaqlayır. Ona görə ki, berqamolular Florensiya səfərindən əliboş qayıtdılar. Amma “Fiorentina”ya minimalhesablı məğlubiyyət Can Pyero Qasperininin komandasının 3-cü yerdəki mövqeyinə təsir etmədi.
Fərq ondadı ki, Venetsiya səfərindən maksimum nəticə ilə dönən “Bolonya” indi “Atalanta”dan yalnız 2 xal geri qalır. Tura 5-ci yerdə başlayan “Yuventus” isə berqamolularla xal fərqini 3-ə endirdi.
“Fiorentina” (0:3) və “Atalanta” (0:4) ilə əvvəlki oyunlardakı biabırçı məğlubiyyətlər Tyaqo Mottanın istefaya göndərilməsini qaçılmaz edib. Komandaya bu mövsümün əvvəlindən başçılıq edən mütəxəssisin yerini İqor Tudor tutub. “Yuventus”a 1998-2007-ci illərdə futbolçu, 2020-21-ci illərdə isə məşqçi kimi xidmət edən 46 yaşlı xorvatiyalı debüt oyununda “Cenoa” üzərində minimalhesablı qələbəyə sevindi.
30-cu tur
Venetsiya – Bolonya 0:1

Orsolini, 49. (10000)
Bolonya: Skorupski, Miranda, Kazale, Beukema, Kalabriya (Holm, 74), Fröyler (Pobeqa, 74), Ferqyuson, Kambyaqi (Ndoy, 66), Odqor, Orsolini (Pedrola, 82), Dallinqa (Fabbian, 82).
Yuventus – Cenoa 1:0
Yıldız, 25. (40219)
Yuventus: Di Qreqorio, Qatti (Kalulu, 27), Kelli, Veyqa, Lokatelli, K.Türam, Makkenni, Qonsales (Vea, 82), Koopmeyners (Konseysao, 66), Yıldız, Vlahoviç.
Leççe – Roma 0:1
Dovbik, 80. (27207)
Roma: Svilar, Ndika, Hummels, Mançini, Anxelinyo, Kone, Kristante, Salemakers (Pizilli, 84), Lorentso Pelleqrini (Baldantsi, 72), Sule (Şomurodov, 72), Dovbik (Əl-Şaaravi, 84).
Fiorentina – Atalanta 1:0
Ken, 45. (20409)
Fiorentina: De Xea, Ponqraçiç, Mari, Ranyeri, Dodo (Komutso, 84), Facoli (Riçardson, 84), Kataldi, Mandraqora, Parizi (Folorunşo, 71), Qudmundsson (Beltran, 67), Ken (Zanyolo, 84).
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Cimşiti, Zappakosta (Rucceri, 75), Paşaliç (Kuadrado, 75), Bellanova, De Roon, De Ketelare (Breşianini, 65), Lukman (Maldini, 55), Retegi (Samarciç, 55).
İnter – Udineze 2:1
Arnautoviç, 12. Frattezi, 29 – Sole, 71. (71924)
İnter: Zommer, Açerbi, Pavar, Auqusto, Darmian (Zalevski, 76), Dimarko (Bissek, 76), Mxitaryan, Frattezi (Barella, 64), Çalhanoğlu (Asllani, 64), Arnautoviç (Korrea, 55), M.Türam.
Napoli – Milan 2:1
Politano, 2. Lukaku, 19 – Yoviç, 84. (52836)
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Lobotka (Juan Jezus, 81), Gilmor, Zambo Angissa (Billinq, 65), Neres (Matsokki, 85), Politano (Nqonq, 85), Lukaku (Simeone, 85).
Milan: Menyan, Ernandes, Pavloviç, Qabbya, Uoker (A.Ximenes, 80), Bondo (Leao, 46), Fofana, Reynders, Feliş (S.Ximenes, 55), Pulişiç (Yoviç, 80), Abraham (Çukvueze, 55).
Latsio – Torino 1:1
Maruşiç, 57 – Qineytis, 87. (37000)
Latsio: Provedel, Maruşiç, Romanyoli, Jiqo, Hüsay (Luka Pelleqrini, 73), Rovella, Genduzi, İsaksen (Çauna, 89), Dia (Noslin, 66), Zakkanyi, Pedro (Dele Başiru, 73).
Komo – Empoli 1:1
Duvikas, 61 – Kuame, 75. (10118)
Kalyari – Montsa 3:0
Viola, 49. Qaetano, 73. Luvumbu, 90+1. (16139)
Verona – Parma 0:0
(22706)
1. İnter 30 20 7 3 67-28 67
2. Napoli 30 19 7 4 47-24 64
3. Atalanta 30 17 7 6 63-29 58
4. Bolonya 30 15 11 4 50-34 56
5. Yuventus 30 14 13 3 46-28 55
6. Roma 30 15 7 8 45-30 52
7. Latsio 30 15 7 8 51-42 52
8. Fiorentina 30 15 6 9 47-30 51
9. Milan 30 13 8 9 45-35 47
10. Udineze 30 11 7 12 36-41 40
11. Torino 30 9 12 9 35-35 39
12. Cenoa 30 8 11 11 28-38 35
13. Komo 30 7 9 14 36-47 30
14. Verona 30 9 3 18 29-58 30
15. Kalyari 30 7 8 15 31-44 29
16. Parma 30 5 11 14 35-49 26
17. Leççe 30 6 7 17 21-49 25
18. Empoli 30 4 11 15 24-47 23
19. Venetsiya 30 3 11 16 23-43 20
20. Montsa 30 2 9 19 24-52 15
Bombardirlər: Retegi (Atalanta) - 22, Ken (Fiorentina) - 16, Lukman (Atalanta), M.Türam (İnter) - 13.
Növbəti turun oyunları aprelin 4-7-si aralığında keçiriləcək: Cenoa - Udineze, Montsa – Komo, Parma - İnter, Milan – Fiorentina, Leççe – Venetsiya, Empoli - Kalyari, Torino – Verona, Atalanta – Latsio, Roma – Yuventus, Bolonya - Napoli.
Turun rəqəmi
400 - “Milan”la oyun Romelu Lukaku üçün əlamətdar oldu. “Napoli”nin 31 yaşlı belçikalı hücumçusu peşəkar karyerasında 400-cü qolunu vurdu. Lukaku Belçika yığmasında 88, “Everton”da 87, “İnter”də 78, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Roma”da 21, “Çelsi”də 15, “Vest Bromviç”də 17, “Napoli”də isə 11 dəfə qapıya yol tapıb.
Turun ulduzu
Matteo Politano (Napoli) - “Napoli”nin üç oyunçusu “Milan”a qarşı əla oyun sərgilədi. Onların arasında ilk qolu vuran Politanonu fərqləndirmək olar. İtaliyalı yarımmüdafiəçi vacib oyunun lap əvvəlində rəqibin cərimə meydançasında əldə etdiyi fürsəti boşa verməyərək hesabı erkən açdı. Məhz Matteonun vurduğu qol komandasına rasional oynamaq imkanı verdi. Neapollular sonda istəyinə çatmaqla çempionluq uğrunda mübarizəni davam etdirdilər.
Turun sitatı
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:

“Bu, milli komandaların oyunlarından sonra çempionatda təsadüf edən matçlardan biri idi. Təəssüf ki, bununla barışmaq lazım gəlir. “Fiorentina”nın hesabı açmasından sonra işimiz daha da çətinləşdi. Lazımi temp, dinamika və enerji olmadan hesabı bərabərləşdirmək mümkün olmur. Artıq skudetto ilə bağlı arzumuz sona çatdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri