“İnternet qadağası götürülsün, həbs edilənlərin işinə ədalətlə baxılsın“ Pezeşkiandan ÇAĞIRIŞ
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İran Prezidenti Məsud Pezeşkian 11 günlük bloklanmadan sonra ölkədə internet bağlantısına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
"Onlayn ticarətin asanlaşdırılmasına və rabitə məhdudiyyətlərinin azaldılmasına ehtiyac var. Mən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmağı tövsiyə etmişəm", - deyə İran prezidenti bildirib.
O, həmçinin etirazlar zamanı saxlanılan şəxslərin işlərinə diqqətlə baxılmasının vacibliyini də önə çəkib: "Məlum hadisələrlə əlaqədar saxlanılan insanların işlərinə baxılarkən son dərəcə hərtərəfli və ədalətli olmaq lazımdır".
Məlumata görə, yanvarın 8-dən İranda internet xidməti faktiki olaraq iflic vəziyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















