Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

AZƏRBAYCANLILAR DÜŞMƏNLƏRİNƏ DƏ ƏDALƏTLƏ YANAŞIRLAR

AZƏRBAYCANLILAR DÜŞMƏNLƏRİNƏ DƏ ƏDALƏTLƏ YANAŞIRLAR

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada özünü demokratik və hüquqi dövlət sayan avropalılar azərbaycanlılar qədər humanist, insanpərvər və bəşəri duyğulara malik deyillər. Çünki biz o avropalıların və demokratiyadan dəm vuran ölkələrin müstəqillik dövründə iç üzünü gördük və onları yaxşı tanıdıq. Bu gün  dünyaya Avropa əxlaqı, Avropa  mədəniyyəti deyil, Azərbaycançılıq ideyaları, düşüncələri və duyğuları  təbliğ olunmalıdır. Çünki  azərbaycanlılar heç vaxt dini və irqi ayrı-seçkilik salmayıb və bütün insanlara  eyni gözlə baxıblar.

Azərbaycanın hər qarışı, hər yeri bir gülüstana  bənzəyir. Və bu gülüstanda da həmişə digər ölkələrin  gözü qalıb. Düşünüblər ki, nəyin bahasına olursa-olsun bizim məmləkətdən, bizim ölkədən bir şey qoparıb aparsınlar. Axı onlarda heç də bizim ölkədə olan yerüstü və yeraltı sərvətlər yoxdur. Elə məhz buna görə də həmişə Azərbaycana  böyük dövlətlər və o cümlədən inkişaf etməkdə olan  dövlətlər  yağlı tikə kimi  baxıblar. Amma Azərbaycan zaman-zaman öz müstəqilliyini, ərazi bütövlüyünü və eyni zamanda məmləkətini qorumağı bacarıb. 
Bizim ölkəyə kim gəlirsə, hara baş çəkirsə, hara gedirsə istər-istəməz onun  gözəlliyinə, qeyri-adi füsunkarlığına və təbiətinə heyran qalır. Çünki bu ölkənin həm də çox zəngin tarixi, mədəniyyəti və zəngin  keçmişi  vardır. Bir  avropalı deyir ki, dünyada ən çox sevdiyim millət azərbaycanlılardır. Çünki mən dəfələrlə  Azərbaycanda, onun paytaxtı Bakıda, Gəncədə, Şəkidə, Lənkəranda olmuşam. Hətta Naxçıvana qədər  gedə bilmişəm. Bakıdakı Qız qalasına, Şəkidəki Xan sarayına, Naxçıvandakı Əlincə qalasına, Gəncədəki qədim abidələrə heyran qalmışam. Və eyni zamanda həmin abidələrə tamaşa edəndə mütəxəssislər bizi tarixin bütün incəliyi ilə tanış ediblər. Və biz tanış  olandan sonra görmüşük ki, doğrudan da Azərbaycan  ən qədim tarixə  və mədəniyyətə malikdir. 

Biz avropalılar da öz elimizi-obamızı sevirik. Bu təbiidir, ancaq başqa ölkələri gəzməklə, öyrənməklə və seyr etməklə həm də yeni bir dünyanı kəşf edirik. Mənim Azərbaycanda yaxşı dostlarım var. Onlar  Azərbaycanın istehsal etdiyi  və dünya şöhrətli məhsullarını  mənə hədiyyə ediblər. 

Sizin bir "İstisu" var ey, dünyada onun analoqu yoxdur. Eşitmişik ki, həmin yerləri ermənilər  işğal eləmişdilər, amma sonradan sizin İkinci Qarabağ savaşında, daha doğrusu, 44 günlük müharibədə  həmin yerlər və o cümlədən işğal altında olan  bütün  ərazilər  azad olundu. O millət böyük və gözəl  xalqdır ki, onlar başqa xalqları da sevməyi bacarır, onların tarixinə, mədəniyyətinə, incəsənətinə, dininə və dilinə hörmətlə yanaşırlar. Bax, mən sizdə çox millətdə olmayan bu nadir dəyərləri, keyfiyyətləri görmüşəm. Ona görə də Azərbaycançılığa və Azərbaycana  məndə  böyük sevgi və hörmət var. 

Düşünürəm ki, bu tək məndə deyil, Azərbaycana gəlib buraları görənlər, insanları tanıyanlar hamısı  sizin xalqa  hörmətlə yanaşacaq. Ən azından ona görə ki, siz də bütün xalqlarla hörmətlə və məhəbbətlə yanaşırlar. 

Hər millət özünün gözəl, bəşəri və dünya tərəfindən sevilən cəhətlərini bir daha dünyaya  bəyan edir. Bizim millətin  ən gözəl keyfiyyətlərindən və əxlaqi dəyərlərindən biri də odur ki, bizim xalq  hətta düşməninə belə  mərhəmətlə yanaşır, ona ağır gündə  kömək edir, hətta  çörək və su verir. Heç uzağa getməyək, 2023-cü il  sentyabrın  19-da Qarabağda aparılan antiterror əməliyyatı zamanı Azərbaycan əsgərlərinin və ordusunun humanist  addımı  bütün dünyaya bir daha insanpərvərlik mesajı oldu. Çünki həmin anlarda Ermənistana  axın edən erməniləri, onların qocalarının, uşaqlarının Azərbaycan əsgəri təhlükəsizliyini  təmin edir, çətin vəziyyətdə olan  insanlara  çörək, su paylayırdı. Bu hadisələr elə erməni  sakinləri tərəfindən  lentə alınır və sosial şəbəkədə paylaşılırdı. Hətta bir erməni qadını deyirdi ki, biz türkləri baş kəsən, qan tökən bir millət kimi  tanıyırdıq, amma Xankəndini, Xocavəndi, Əsgəranı və digər  yerləri tərk edib Ermənistana  gedəndə gördük ki, türklər baş kəsən, qan tökən deyil, çörək verən, hətta düşməninə belə rəhm edən bir xalqdır. 
Nə yaxşı ki bu böyük bəşəri dəyərləri və insanlıq keyfiyyətləri hələ vicdanını itirməmiş bir çox ermənilər etiraf edirlər. Aydındır ki, bizim düşmən dünyada analoqu və oxşarı olmayan bir millətdir. Çünki onlar ömrü boyu azərbaycanlılardan sevgi, məhəbbət, diqqət görmüşdülər. Amma bunun  müqabilində ermənilər görün bizim başımıza hansı oyunu  açmadılar. İşğal etdikləri rayonlarda, qəsəbələrdə, kəndlərdə qadınları, uşaqları, qocaları qanına qəltan elədilər. 

Hətta vəhşilik o dərəcəyə çatdı ki, bizim əsgərləri əsir götürərkən ağaca bağlayıb üstünə benzin tökərək yandırdılar. 

Evlərimizi, eşiklərimizi külə döndərdilər, amma onların bu vəhşiliyindən sonra  Azərbaycan ordusu, Azərbaycan əsgəri onlara  mərhəmət göstərdi, yaralı, mülki əhalini xəstəxanaya apardı, müalicə elətdirdi və bundan sonra Ermənistana  yola saldılar. 

Biz düşmənlərimizə də ədalətlə yanaşmışıq. Ancaq bunu azərbaycanlılar bacara  bilərlər. Çünki ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bütün mədəni abidələrimizi, məscidlərimizi və ən nəhayət, qəbiristanlıqlarımızı yerlə-yeksan elədilər. Onlar qəbirlərin sinə və başdaşılarını  aparmaqla kifayətlənmədilər, onlar qəbirləri açıb cəsədləri  çıxartdılar, orda diş axtardılar. Üstəlik də Ağdam kimi, Füzuli kimi rayonları işğal edərkən qəbiristanlıqları dağıtmaqla, cəsədləri  çıxarmaqla kifayətlənməyib həmin yerləri  şumladılar və orda taxıl əkdilər. Çörək onları tutsun! Biz isə  Qarabağı işğaldan  azad edəndən sonra bir  erməni abidəsinə, bir kilsəyə və bir qəbiristanlığa toxunmadıq.

Bax, əsl Azərbaycançılıq ideyası  və bəşəri dəyərlər budur.

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://adalet.az
archiveBu xəbər 28 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri