Icma.az
close
up
RU
Dövlət ədalətlə, cəmiyyət ləyaqətlə yüksəlir

Dövlət ədalətlə, cəmiyyət ləyaqətlə yüksəlir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Bəzən tarixin bir günü sükutla keçir, adını təqvimdə görsək də, onun mənasına varmırıq. Amma bəzən də bir gün özü ilə bütöv bir fəlsəfə gətirir, xalqın yaddaşına, dövlətin ruhuna hopur. 18 iyun Azərbaycan üçün məhz belə bir günlərdən biridir. İnsanın layiq olduğu dəyəri, hüququnu, azadlığını və dövlətin bu hüquqlara yanaşmasını göstərən, cəmiyyətdə həmrəyliyi nümayiş etdirən bir gündür.

Azərbaycanın müasir siyasi və hüquqi sistemində insan hüquqları təkcə bir prinsip deyil, bir yol xəritəsi, bir mövqedir. “İnsanı yaşat ki, dövlət yaşasın” - fəlsəfəsi təkcə şüar deyil, Azərbaycanın dövlətçilik ideologiyasının mayasıdır. Bu fəlsəfə dövlət idarəçiliyinə, qanunvericilik proseslərinə, sosial siyasətə və beynəlxalq münasibətlərə qədər hər sahəyə sirayət edib.

1998-ci il bu baxımdan dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və həmin il təsdiqlənən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” hüququ dövlətin təməl prinsiplərindən birinə çevirdi. Bu proqram təkcə normativ sənəd deyildi. Bu, hüquqa dəyər verən vətəndaş cəmiyyəti qurmaq istəyinin ideoloji əsasına çevrildi. Hüquqi islahatlar, beynəlxalq konvensiyalara qoşulmaq, vətəndaşların hüquqi maarifləndirilməsi, hüquq institutlarının müasirləşdirilməsi istiqamətində mühüm addımlar məhz bu illərdə atıldı.

Azərbaycan hüquq sahəsindəki islahatları sistemli şəkildə davam etdirdi. 2001-ci ildə “İnsan Hüquqları üzrə Müvəkkil haqqında” Konstitusiya Qanununun qəbul olunması və 2002-ci ildə Ombudsman təsisatının yaradılması insanla dövlət arasında yeni ünsiyyət körpüsü saldı. Bu barədə XQ-yə danışan hüquqşünas Samir Osmanlı bu təsisatın təkcə şikayətləri dinləmək üçün deyil, həm də vətəndaşın səsini dövlətin qulağına çatdırmaq, susanların adından danışmaq, görünməyən haqsızlıqları üzə çıxarmaq, vətəndaşı qorumaq üçün yaradıldığını vurğuladı: “Bu gün Ombudsman – hüququn səsi, ədalətin tərəfdarı kimi çıxış edir. Azadlıqdan məhrumetmə yerlərinə baş çəkməsi, işgəncələrə qarşı mübarizə aparması, sosial müdafiəyə ehtiyacı olan qrupların hüquqlarının qorunması, informasiya əldə etmək azadlığının təmin olunması – bütün bunlar ombudsmanın gündəlik fəaliyyətinin bir parçasıdır. Bu fəaliyyət vətəndaşla dövlət arasında etimadı, inamı və hüquqi ədalətə bağlılığı artırır”.

2006-cı ildə Prezident İlham Əliyevin imzaladığı “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Bu plan insan hüquqlarının müdafiəsini dövlət siyasətinin ayrılmaz hissəsi kimi müəyyənləşdirdi. Vətəndaş cəmiyyətinin inkişafı, hüquqi maarifləndirmənin gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi, idarəetmədə şəffaflığın artırılması bu sənədin əsas istiqamətləri idi.

2007-ci ildən isə 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi rəsmi şəkildə qeyd olunmağa başlandı. Hər il bu tarix ətrafında keçirilən “İnsan Hüquqları Aylığı” hüququn cəmiyyətin həyatına daha dərin sirayət etməsi üçün geniş tədbirlər, maarifləndirici layihələr və ictimai dialoqların başlanğıcı oldu. 2011-ci ildə qəbul edilən yeni Milli Fəaliyyət Proqramı bu çərçivəni daha da genişləndirdi. Xüsusilə qadınlar, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlər kimi əhalinin həssas qruplarının hüquqlarının müdafiəsinə dair konkret tədbirlər nəzərdə tutuldu. Bu yanaşma bir daha sübut etdi ki, insan hüquqları yalnız kağız üzərində deyil, real həyatda, gündəlik münasibətlərdə və sosial siyasətdə əks olunur.

“Azərbaycanın insan hüquqları siyasəti beynəlxalq əməkdaşlıqla sıx şəkildə bağlıdır. 1998-ci ildə BMT ilə imzalanmış birgə layihə haqqında Memorandum, Avropa Şurası və ATƏT kimi beynəlxalq qurumlarla əməkdaşlıq, insan hüquqları üzrə hesabatlılıq və monitorinq sistemlərinin təkmilləşdirilməsi ölkəmizin bu sahədəki qlobal yanaşmasının tərkib hissəsidir. 2017-ci ildə penitensiar sahədə qəbul edilən fərmanla cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetmə tədbirlərinin alternativ variantlarla əvəzlənməsi hüquqi islahatların insan mərkəzli xarakter daşıdığını göstərdi. Ədalətli cəza sistemi təkcə cəzanın tətbiqi deyil, həm də reabilitasiya və sosial reinteqrasiya məqsədi güdür” – deyən S.Osmanlı qeyd etdi ki, bu gün Azərbaycanın hüquqi sistemi insan hüquqlarının müdafiəsi üçün həm milli, həm də beynəlxalq standartlara cavab verən baza ilə təmin olunub: “Ancaq hüquq yalnız qanunlar məcmusu deyil – hüquqi düşüncədir, əxlaqdır, vətəndaş məsuliyyəti və ləyaqətdir. Hüquq bizə təkcə danışmaq azadlığını yox, haqsızlığa qarşı danışmaq məsuliyyətini də verir. Hüquq düşünmək haqqı ilə yanaşı, vicdanla davranmaq və başqasının haqqına toxunmamaq borcunu da doğurur”.

Hüquqşünas sonda onu da bildirdi ki, hüququn qorunduğu, azadlıqların təmin olunduğu bir cəmiyyət həm sabit, həm güclü, həm də ləyaqətli cəmiyyətdir: “18 iyun bizi bu həqiqətlə üzləşdirir. Güclü dövlət – vətəndaşının hüquqlarını tanıyan, onu qoruyan, onun yanında olan dövlətdir. Azərbaycan bu anlayışı illər ərzində praktikaya çevirmiş və hüququn səsini dövlət idarəçiliyinin hər qatında eşidilən çağırışa çevirmişdir”.

Bəli, İnsan Hüquqları Günü, sadəcə bir tarix deyil. O, azad cəmiyyətin, hüquqi dövlətin və ləyaqətli həyatın simvoludur. O, insan üçün yaradılan dövlət modelinin, hüququn səsinin və Ali ədalətin nəfəsinin çağırışıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri