İnternetə görə qülləyə çıxdı 4 saat sonra...
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Racastan ştatında bir kişi kəndində mobil internetin zəif olmasına etiraz olaraq rabitə qülləsinə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Deeq rayonunun Bedham kəndində baş verib.
Puşkar adlı şəxs kənd sakinlərinin təxminən bir aydır mobil rabitə və internet problemi yaşadığını bildirib. Onun sözlərinə görə, zəif əlaqə zənglərə, internetə və digər onlayn xidmətlərə çıxışda çətinlik yaradıb.
O, həmçinin mobil tariflərin baha olmasından narazılıq edib.
Polis hadisə yerinə gələrək Puşkarı qüllədən təhlükəsiz şəkildə enməyə razı salmağa çalışıb. Danışıqlar zamanı “Jio” şirkətinin texniki əməkdaşları da əraziyə çağırılaraq şəbəkə problemini araşdırıblar.
Təxminən üç saat yarım davam edən danışıqlardan sonra Puşkar qüllədən təhlükəsiz şəkildə enib. Şirkət nümayəndələri sakinlərin şəbəkə ilə bağlı şikayətlərinin araşdırılacağını bildiriblər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















