Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

İntiharların cəmiyyətə neqativ təsiri: Faciənin önündəki gözəgörünməz SƏBƏBLƏR

İntiharların cəmiyyətə neqativ təsiri: Faciənin önündəki gözəgörünməz SƏBƏBLƏR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Günümüzün aktual problemlərindən biri də intihardır. Dünya və ölkə mediasında bu mövzuya hər gün rast gəlmək qeyri-mümkündür.

Mütəxəssislərin də dediyi kimi, dözülməz dərdlər, ağır məsuliyyətlər və zəif qürur, intiharın seçdiyi bir həll yolu olmamalıdır. Çünki intihar heç də çıxış yolu deyil.

Ən acınacaqlısı isə budur ki, çox vaxt intihar edənlərin yaxınları “Heç bir problemi yox idi? Niyə belə etdi?” kimi suallar verirlər.

Bu gün isə Naxçıvan Muxtar Respublikası Qazilər Şurasının sədri Sahib Məmmədovun intihar xəbəri həm üzüntülü, həm də sarsıdıcı oldu. Yaşadığı evdə özünü asaraq intihar edən Sahib Məmmədovun bu addımına səbəb olan amillər hələ məlum deyil.

İntihar halları artdığı bir dövrdə, bu cür faciələrin qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü və maarifləndirmə işlərinin davamlı şəkildə aparılmasına daha çox ehtiyac var.

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan deyib ki, intihar cəmiyyətdə bəzi hadisələr, bəzən də ümumi psixoloji vəziyyətlə əlaqədar olur.

“İnsanın özünü həyatdan məhrum etməsi ağır və ağrılı haldır. Bütün dinlərdə də bu əməl günah sayılır, hətta böyük günahlar sırasında təsnifatlandırılır. Qurani-Kərimdə də buyurulur ki, “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”. İntihar edən dindən çıxmış sayılmasa da, böyük günah işləmiş sayılır. Yalnız onun axirət aqibəti Allaha qalır.

Cəmiyyətdə pis nümunə olaraq başqalarına da mənfi örnək olduğu üçün səbəbindən asılı olmayaraq intihar qəbuledilməzdir.

Yeganə olaraq insanın tam anlaqsız vəziyyətdə, psixoloji problemlərinin səbəb olduğu intiharları əsaslandırmaq olar. Əks halda, özünü öldürmək İslam dinində haramdır”, – deyə o, qeyd edib.

T. İrfan əlavə edib ki, bəzən şagirdlərin, sonra isə həkim və hakimlərin intihar xəbərləri, müharibə veteranlarının isə özünü yandıraraq intihar etməsi ilə ölkəmizdə artıq adət, ənənə, məşhur bir hala çevrilib: “Hətta bir dəfə psixoloq da intihar etmişdi. İndi də din xadimi. Bu, artıq dəhşətdir. İndi bu dəhşətin səbəblərini ciddi şəkildə araşdırıb çarəsini tapmaq lazımdır. Formal tövsiyələr, bəhanələr problemi həll etmir.

Bu gün Naxçıvanda intihar etdiyi deyilən mərhum din xadimini mən də tanıyırdım. Tədbirlərdə, ümumi ibadətlərdə iştirak etmişik, gözəl təbiətli, sakit, mülayim insan idi. Əxlaqlı din xadimi kimi çox gözəl səs və avazla Quran oxuyardı, faydalı çıxışlar edərdi.

Elə bir adamın intihar etməsinə inanmaq mənim üçün bir qədər çətindir. Sarsıldıcı olsa da, hadisənin səbəbi aidiyyəti qurumların araşdırmalarında sonra aydın olacaq.

Bəlkə də, heç bizim bilmədiyimiz başqa nüanslar var. Əgər belə imanlı, savadlı, ziyalı din xadimi də intihar edirsə, ələxsus da bu nadir hadisədirsə, demək burada cəmiyyətdə ümumi psixoloji durumun xəstəliyi, bəlkə də iflasından söhbət gedə bilər”.

İlahiyyatçı fikrincə, fərqli zümrələrin üzvləri intihar edirsə, demək ciddi problemlər var.

“Hansı nizam pozulub, hansı mənəvi mühit xarab olub ki, camaatı intihardan çəkindirməli olan din xadiminin özü intihar edir? Ən çıxılmaz durumda, çox dəhşətli bir mühitdə bu istisna edilə bilər. Məgər elə bir mühit bizdə varmı? Bax bunlar araşdırmalıdır ki, camaatın özünü öldürməsinə səbəb nədir?
Özünü öldürmək bəşəriyyətə, dünyaya, həyata, hətta Allaha üsyandır. Ancaq bu üsyanı etməyə imanlı insanı vadar edən nədir ki, dünyasını da axirətini də əldən verərək bu addımı atır…

Mərhum şair Nüsrət Kəsəmənlinin bir şeirində deyilir ki, xəstə ağrıdan ölmür, həkim çiynini çəkəndə ölür. Bəzən deyirlər ət qoxuyanda duz vururlar, bəzən duz çürüsə, nə vurmaq lazımdır? Bax bu dəhşətdir.

Din adamı, ilahiyyatçı, din xadimi intihara meyilli adamları bu fikirdən çəkindirən obrazdır. Artıq həkimin özü xəstədirsə, hakimin özü canidirsə, axundun özü intihar edirsə, bunun bir adı var: dəhşət!” – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri