Icma.az
close
up
RU
İnvestorlar həmişə daha az vergi ödəmək və qazancını ölkədən rahat şəkildə çıxarmaq imkanı istəyirlər

İnvestorlar həmişə daha az vergi ödəmək və qazancını ölkədən rahat şəkildə çıxarmaq imkanı istəyirlər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycanda gəlir vergisi dünyada ən aşağı səviyyələrdəndir. 2026-cı ildən 2 500 manata qədər gəlirə 3% vergi tətbiq ediləcək. Ümumi fiskal yük 52-55%-dən 37%-ə endirilib. Gəlir vergisi 2026-2028-ci illərdə tədricən 3%-dən 7%-ə qalxacaq və daimi olaraq 2 500 manata qədər 7%, 8 min manata qədər 10%, 8 min manatdan yuxarı isə 14% olacaq. Bu dəyişikliklər kiçik və orta biznesin, investisiyaların və infrastrukturun inkişafına müsbət təsir göstərəcək.Gəlir vergisinin 3%-dən başlayıb tədricən 7%-ə çatdırılması sizcə vergi ödəyicilərinə və bazara hansı siqnalları verir? Bu model az gəlirli və orta təbəqənin rifahına necə təsir edə bilər?Azərbaycanın gəlir vergisi dərəcələrinin beynəlxalq müqayisədə “aşağı” olması ölkəyə xarici investisiya cəlbini artıracaqmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Beynəlxalq hüquq üzrə professor, ekspert Fərhad Mehdiyev bildirib ki, investor işçi deyil və onun vergisi gəlir vergisi kimi fərqli əsaslarla hesablanır.

Fərhad Mehdiyev

“Burada söhbət fiziki şəxsin - yəni işçinin gəlirindən tutulan vergilərdən gedir. Amma investor işçi deyil. Onun vergisi gəlir vergisi kimi fərqli əsaslarla hesablanır. İnvestorlara isə imtiyazlı vergi rejimi tətbiq olunmalıdır. Məsələn; Türkiyə ilə belə razılaşmamız var ki, Türk iş adamları burada yerli sahibkarlardan daha aşağı vergi ödəyirlər. Bu, investisiyanın təşviqi üçün vacibdir.

Bundan əlavə, investorlar həmişə qazancını ölkədən rahat şəkildə çıxarmaq imkanı istəyirlər. Düzdür, Azərbaycanda bu sahədə problem yoxdur. Çıxara bilirlər. Lakin onlar vergi qanunvericiliyində dəyişiklik olacağı təqdirdə, həmin dəyişikliklərin ən azı 5 il müddətində onlara şamil olunmamasını istəyirlər. Yəni sabit vergi rejiminə təminat verilməsini vacib sayırlar”-deyə Fərhad Mehdiyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Noyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri