Icma.az
close
up
RU
Müşfiq və küləklərlə dialoq...

Müşfiq və küləklərlə dialoq...

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın böyük romantik şairi, ölməz misralar müəllifi, söz sərrafı, qəlblər mühəndisi Mikayıl Müşfiqin anım gününə sayılı günlər qalır.

Müşfiqin şeirlərini yenidən vərəqləyirəm ki, təkrar olmasın deyə, şairin anım günündə yeni fikir söyləyim. Şeirləri vərəqlədikcə şairin sənət dünyasının sehrinə dalıram... Birdən, diqqətimi “Tozanaq” şeiri çəkdi. Oxudum, bir də oxudum. İlahi, gözlərim önündə görmədiyim, kinolentlərdə izlədiyim köhnə şəhərin, eləcə də bu gün gördüyüm, yaşadığım doğma Bakı şəhərinin mənzərəsi canlandı. Şeirdə şair nədən, necə  söz açır, gəlin hörmətli oxucum bunu birgə araşdıraq.

20 yaşlı Müşfiq doğulduğu, qoynunda boy atdığı doğma Bakı şəhərinə vurğun idi. Onun tarixi küçələrini hər zaman, sevgi və qurur duyduğu “Dağlı məhəlləsi”ni, Xəzərin sahilini gəzməkdən doymazdı. O, zamanlar, yəni keçən əsrin 20-ci illərində Bakı şəhərində demək olar ki, yaşıllıq yox dərəcəsində idi. Səhv etmirəmsə, təkcə keçmiş “Qubernator bağı” ağaclıq idi. Bakı küləkli şəhər olduğundan güclü ruzgar əsəndə aləmi tozanaq bürüyərdi. Təbii ki, bu da insanların rahatlığını, istirahətini pozardı. Şair Bakının bu halından rahatsız olar, hiddətini misralara çevirərdi:

Yenə toz ... aman, bu toz buludları nə istər

Bilməm səndən, ey Bakı, sən ey atəş diyarı!

Sən ey birdən dirçəlib, birdən boy atan şəhər,

Üzərindən qovsana bu iynəli ruzgarı!

Şair “bu iynəli ruzgarı” ifadəsini işlətməklə əslində uşaqlıqdan bəri Bakının iynə kimi üz-gözünü deşən, qarşısına keçən hər bir şeyi silib-süpürən küləyini hədəfə alır.

Şair şeirində bir tərəfdən qoca, uca təbiəti qınayırsa, digər tərəfdən, Bakını bizə miras qoymuş vətən övladlarının, eləcə də qoynunda yaşayıb, yaradan insanların təbiətə biganə münasibətini önə çəkir, onları şəhəri yaşıllaşdırmamaqda, ağac, gül-çiçək əkməməkdə suclayır:

Fəqət onlar yapmadı, əkmədilər bir ağac,

Bir bağ salmadılar heç-qum dolu çöllərində,

Bir yetimin halını andıran bu ehtiyac

Təmin olunur ancaq bu günün əllərində.

Sapsarı bir kölgənin qubarlı əllərilə küləklərin pəncərəsini vurmasını istəməyən şair əslində bu küləklərdə, həm də bir romantika axtarışındadır:

Neçin sokaklarından yolçular ötən zaman 

Saçlarını oxşamaz lətif əsən küləklər?

Neçin yanıq çöllərin bitirməmiş bir fidan?

Neçin sinəni öpməz gözü yaşlı çiçəklər?

Tozanaqla müşahidə olunan bu güclü küləyin Müşfiqin həyat sevgisi qədər sevdiyi, ömür-gün yoldaşı Dilbər xanıma, onun gözəlliyinə zərər yetirməsin deyə, onu bədii formada dilə gətirən, ona etiraz edən şair deyirdi:

O Dilbərin... qaşları altındakı güllər, ah,

Rəvamıdır bulansın zəhərli tozlarına?

O bir yaz səhərindən daha şux olan nigar,

Rəvamıdır sıxılsın hər acı ruzgarınla?

Mikayıl Müşfiq qəlb, ruh şairi, ilham şairi idi. O, həm ruzgarın xəfif pıçıltısındandan, dənizin şıltaq ləpələrinin ahəngindən, həm quşların cəh-cəhindən, yağışın şırıltısından, həm də Xəzər üzərində pərvaz edən qağayıların qıy səsindən, başqa sözlə, təbiətdəki insan qəlbini riqqətə gətirən hadisələrdən iclhamlanar, beynindən keçən hissləri misralara köçürərdi. Bu əsnada, şairin məhz küləklərə münasibətini önə çəkmək, paralel aparmaq istəyirəm. Şair “Tozanaq” şeirində haradasa küləyə üsyan edirsə, onu “iynəli ruzgar”, “dəmir qanadlı yellər” adlandırırsa, “Küləklər” şeirində isə romantik prizmadan baxaraq, onun könül rübabının siminə bənzədir, ona “səyyah”, “bəstəkar”, “bəxtiyar”, həmzəban küləklər – deyə xitab edir.

Xalq artisti Eyyub Yaqubovun ifasında insan qəlbinə yol tapan “Küləklər” mahnısını dinlədikcə, gözəl sənətkarımız M.Müşfiqin küləklərlə həmsöhbət olduğuna şahidlik edirsən. Məhz bu paralellik M. Müşfiqin zamanın nəbzini tutmasından, küləklərlə dialoqa girməsindən xəbər verir:

Baxınız yurdumda kükrəyən axına

Başlamış fikrilə dünyada basqına:

Sizə bir sözüm var, gəliniz yaxına, 

Ey böyük gəzici,

Bəstəkar küləklər, 

Dünyanı dolaşan 

Bəxtiyar küləklər.

“Tozanaq” şeirində əslində şair “iynəli ruzgar”, “tozanaq” deməklə, bir növ yaşadığı o dövrə etirazını bildirir. Müşfiq həyata nikbin baxırdı və  əmin idi ki, zaman gələcək, xalqımız azadlığına qovuşacaq, Azərbaycan müstəqil olacaq və paytaxtlar şəhəri, küləklər şəhəri, cənnət Bakı şəhəri gündən-günə çiçəklənən, gözəlləşən, yaşıllaşan, bağlar və xiyabanlar, güllü-çiçəkli, ağaclı, hər tərəfi meşə zolaqları ilə əhatə olunmuş, füsunkar, gözəl, abad bir şəhərə çevriləcəkdir. Bu arzu, bu istəyi həmin şeirdə Müşfiq uzaqgörənliklə belə təsvir edir:

Mən istərəm dörd yanın ormanlarla qapansın,

Nəfəs alıb verəsən göy yapraqlar içində.

Mən istərəm gənc oğlun, mən istərəm gənc qızın 

Gəzdikcə zövqə dalsın kölgə bağlar içində.

O zaman Vaqif kibi, şaqrayan Nədim kibi,

Sayrıyaraq həvəslə kim eyləməz tərənnüm?

Onda hansı şairin hasil olmaz mətləbi!

Ağaclıqlarda ellər eylədikcə təkəllüm?

Bağırarkən şeirimi mən bar-bar üfüqlərə,

Onda göy saçlarını oxşayan dadlı yellər,

Deyil dəmir qanadlı, ipək qanadlı yellər 

Bəstələyib şeirini qaçarlar üfüqlərə.

Ey böyük sənətkar, ey sevgili Müşfiq! Sənin təxminən 100 il öncə dilə gətirdiyin, arzuladığın, həsrətində olduğun diləklər bu gün çin olub. Bakı həqiqətən də gözəl, modern, füsunkar, həsəd aparılası bir şəhərə çevrilib. Bakı gündən-günə abadlaşır, dünyanın mədəniyyət mərkəzinə çevrilib. Artıq “iynəli küləklərə”, “dəmir qanadlı yellərə”, göz dələn tozanağa rast gəlinmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı köklü islahatlar nəticəsində Bakı dünyanın ən nadir, füsunkar şəhərlərindən biri kimi özünü təsdiq edib. Bu inkişaf, bu tərəqqi davam edir. Əziz Müşfiq, özün də dediyin kimi:

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər

Şən günlər hələ qarşımızdadır”.


Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika 

üzrə fəlsəfə doktoru, dosent.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see268

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see220

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see190

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see182

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see181

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see179

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see178

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see177

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see172

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see171

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see171

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see171

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see168

Barmaqda sıxışıb qalan üzüyü necə çıxarmaq olar? Ev üsulu

31 May 2026 05:26see165

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see164

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see160

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see154

Məktəb müəllimi vəfat ETDİ

01 İyun 2026 00:03see154

İran Prezident Administrasiyası Pezeşkianın istefa iddialarını təkzib edib

01 İyun 2026 02:57see149

Bütün iPhone lar sınaqdan keçirildi: Ən yaxşı model açıqlandı

01 İyun 2026 02:31see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri