İordan çayına növbəti hücum: 4 fələstinli öldü
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində açdığı atəş nəticəsində Nur Şəms qaçqın düşərgəsində 3, Nablusda isə 1 fələstinli həlak olub.
Bakıvaxtı.az bu barədə WAFA-ya istinadla xəbər verir.
Fələstin Səhiyyə Nazirliyi ölənlərin Cihad Muşarika, Xalid Amir, Qəssan Əbu Abid və 19 yaşlı Adil Beşkar olduğunu açıqlayıb.
Bundan əlavə, israilli bir şəxs Deyr İstiyada fələstinli fermeri avtomobili ilə vurmağa cəhd edib, Cənubi İordan çayının qərb sahilində isə israillilər otlaqlara zəhər səpərək 26 qoyunun tələf olmasına səbəb olub.
Fələstin rəsmiləri bildirir ki, işğalçı İsraillilər 2024-cü ildə 2 971 dəfə fələstinlilərə qarşı hücum və təxribat törədib. 7 oktyabr 2023-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə 909 fələstinli, o cümlədən 167 uşaq İsrail hücumları nəticəsində həyatını itirib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















