İordaniya Krallığının vəliəhdi Azərbaycana səfərə gəlib
Icma.az bildirir, Manset saytına əsaslanaraq.
İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Manset.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

İordaniya Krallığının vəliəhdi Azərbaycana səfərə gəlib
11 Noyabr 2024 19:31

