“iOS” 26.5 ilə “iPhone”lara gələcək yeni xüsusiyyətlər bəlli oldu
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Apple” şirkəti “iOS” 26.5 və “iPadOS” 26.5 üçün son test versiyasını yayımlayıb.
Lent.az xəbər verir ki, son yeniləmə ilə istifadəçilər bir neçə yeniliklə qarşılaçacaqlar.
Məlumata görə, gözlənilən böyük Siri yenilikləri bu versiyada yoxdur və ehtimal ki, “iOS” 27-yə saxlanılıb.
“Apple Maps”də son axtarışlara əsaslanan “tövsiyə edilən məkanlar” funksiyası əlavə olunur.
Tətbiqdaxili reklamlar üçün texniki hazırlıqlar davam edir.
“iPhone” və Android arasında mesajlar üçün cihazdan-cihaza şifrələmə testləri yenidən aparılır.
Avropa Birliyində üçüncü tərəf ağıllı cihazların (saat, qulaqcıq və s.) “Apple” ekosisteminə daha yaxşı inteqrasiyası test edilir.
Bu yeniləmədə yeni ağıllı saat qayışlarına uyğun yeni divar kağızı əlavə olunur.
Qeyd edək ki, “iOS” 26.5-in ümumi versiyasının gələn həftə bütün istifadəçilərə təqdim olunması gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:224
Bu xəbər 06 May 2026 02:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















