iPhone işlədənlər üçün YENİLİK: PUL ÖDƏYƏCƏKSİNİZ
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
“Apple” indiyədək reklamsız fəaliyyət göstərən “Xəritə” tətbiqində sponsorlu reklam sistemini istifadəyə verməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, yeni sistem çərçivəsində şirkətlər xəritə daxilində aparılan axtarışlarda daha yuxarı sıralarda görünmək üçün ödəniş edə biləcəklər.
Sponsorlu müəssisələr axtarış ekranında tövsiyə olunan məkanlar bölməsində və nəticələr siyahısının ən üstündə nümayiş olunacaq. İstifadəçilər ödənişli nəticələri xüsusi mavi reklam işarəsi ilə fərqləndirə biləcəklər.
Yeni funksiya ilk mərhələdə ABŞ və Kanadada istifadəyə verilib. Sistemin yaxın həftələrdə daha geniş istifadəçi kütləsinə təqdim ediləcəyi gözlənilir.
“Apple” bildirib ki, reklamlar istifadəçinin təxmini yerləşmə mövqeyi, axtarış sorğuları və xəritəyə baxış istiqaməti kimi məlumatlar əsasında yerli şəkildə göstəriləcək.
Şirkətin sözlərinə görə, reklamlarla qarşılıqlı əlaqələr və məkan məlumatları istifadəçilərin “Apple” hesabları ilə əlaqələndirilməyəcək. Bu yanaşmanın istifadəçi məxfiliyinin qorunmasına xidmət etdiyi vurğulanır. (Sfera.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 27 Avqust 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















