Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milli Məclis sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XQ xəbər verir ki, Bakıda keçiriləcək AQEM-in Zirvə görüşündə iştirakının əhəmiyyətindən danışan Milli Məclisin sədri Laosun bu platformada təmsil olunmasının yüksək qiymətləndirildiyini qeyd edib. Bu səfərin Laos dövlət başçısı səviyyəsində ölkəmizə ilk rəsmi səfər olduğunu vurğulayan spiker Sahibə Qafarova onun ikitərəfli münasibətlərdə yeni səhifə açacağına inamını ifadə edib.
Söhbət zamanı ali səviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rolu diqqətə çatdırılıb. Bu baxımdan qonağın Prezident İlham Əliyevlə görüşlərinin, aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərini dəstəkləyirlər.
Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında özünəməxsus rolu qeyd edilib. Həmçinin, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələlərinə toxunularaq diqqətə çatdırılıb ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər.
Söhbət zamanı spiker Sahibə Qafarova qonağa Milli Məclisin tarixi, strukturu, parlament dostluq qruplarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, bugünkü Yeddinci çağırış Milli Məclis 2024-cü ildə keçirilmiş parlament seçkiləri nəticəsində formalaşıb. Həmin seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirildiyi üçün mühüm tarixi əhəmiyyət kəsb edir.
Azərbaycanda sonuncu dəfə 44 il əvvəl olduğunu bildirən Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu barədə fikirlərini bölüşüb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Laos münasibətlərinin inkişafına verdiyi töhfələrdən danışıb, onun fəaliyyətini yüksək qiymətləndirib.
Bu gün Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını çatdıran Laosun dövlət başçısı ölkəsinin Azərbaycanla parlamentlərarası əlaqələr, təhsil, texnologiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafında və təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.
Qonaq bu gün Bakı Dövlət Universitetində tələbələrlə görüşdüyünü və Azərbaycanın ali təhsil ocaqlarının sovet dövründə Laos üçün 2 min nəfərədək kadr yetişdirdiyini məmnunluqla qeyd edib və bu təcrübənin davam etdirilməsinin vacibliyindən danışıb.
Söhbət zamanı parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, parlament komitələri arasında əməkdaşlığın təşviqi, beynəlxalq platformalarda koordinasiya mövzularına da toxunulub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















