Icma.az
close
up
RU
İpoteka məbləğləri artırılır? “100 minə mənzil tapmaq mümkün deyil” KONKRET

İpoteka məbləğləri artırılır? “100 minə mənzil tapmaq mümkün deyil” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin son iclasında deputat Vüqar Bayramov güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılmasını təklif edib. Onun sözlərinə görə, hazırda güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla, 4 faizlə 30 il müddətinə təklif olunur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ayrılan 100 min manat paytaxtın əmlak bazarında uyğun mənzil tapmağa əlverişli deyil:

“Hazırda güzəştli ipotekalarla bağlı maksimal limit 100 min manata qədərdir. 8 faizli ipotekalar isə 150 manata qədərdir. 100 və 150 min manat hazırda Bakı şəhərində mənzil almaq üçün çətinlik yaratsa da, digər şəhər və bölgələrdə rahat mənzil əldə etmək olur.

Amma məsələyə paytaxt meyarı ilə baxaq. Mərkəz və mərkəzəyaxın ərazilərdə ipoteka predimetinə çevrilə biləcək ən ucuz 1 otaqlı, köhnə 9 mərtəbə binalardakı mənzilin indiki qiyməti 120 min manatdan çoxdur. Bu baxımdan ailə üzvlərinin sayını nəzərə alın. Tutaq ki, bu gün hansısa gənc ailə ipotekası ilə 1 otaqlı mənzil alıb 25 il kredit ödəyəcək və bu müddət ərzində ailə böyüyəcək, otaq sayının artması tələb olunacaq”.

Ekspert qeyd edib ki, güzəştli və adi ipoteka məbləğlərinin artırılması müsbət təşəbbüs olar:

“Düşünürəm ki, əmlak bazarında özünü göstərən ciddi qiymət artımları səbəbindən ayrılan ipoteka kreditlərinin məbləğləri də artırılmalıdır. Bu kreditlər bazara uyğun tənzimlənməlidir. Onsuz da ayrılan pul 200 min manat olsa belə, bu məbləği ödəmə qabiliyyəti olan şəxsə bu kredit verilir. Ona görə də limitin artırılması vətəndaşların mənzil problemini arada qaldırmaqla yanaşı, əmlak bazarında da ciddi müştəri çoxluğuna gətirib çıxarar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri