Icma.az
close
up
RU
İqbal Ağazədənin telefon nömrəsini oğurladı: Jurnalistdən 600 manat aldı

İqbal Ağazədənin telefon nömrəsini oğurladı: Jurnalistdən 600 manat aldı

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ümid Partiyasının sədri İqbal Ağazadənin teleqram üçün istifadə edilən telefon nömrəsi oğurlanıb.

Partiya sədrinin adından kontaktındakı şəxslərdən pul istənilib. Oğrunun toruna düşənlərdən biri də jurnalist Ləman Ələşrəfqızı olub.

"Cebheinfo.az" xəbər verir ki,  o, bu barədə sosial şəbəkə hesabında yazıb:

"Məni aldatdılar, dostlar. Biri İqbal Ağazadə adı ilə teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın" yazdı, "2-3 saata göndərəcəyəm",- dedi.

Mən də heç soruşmadan "Baş üstə, İqbal bəy",-dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, kartımda 300 var, onu göndərə bilərəm. Toplam  600 AZN göndərəndən sonra bu şəxs bir də teleqramdan qısa zəng etdi. İndi də  340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun releqram hesabı oğurlanıb və o, bu haqda  "Facebook"-da yazıbmış.

Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq. Əvvəla, ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kiber cinayətkarlıqla bağlı  məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şəxs

"Xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata göndərirəm", - dedi.

Düşündüm,  İqbal bəy bəlkə  ərk edib, yaxın dostumuzdur, ola bilər, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyə bilərəm. 

İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə... Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.

Məsələni anladığımı bilən kimi adam teleqramını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz". 

Jurnalist DİN Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevə də müraciət edib:

"Lütfən, məsələni nəzarətə götürün. Əziz dostlarım, sizə isə ağıl verməyəcəm. Zatən özüm ağılsız duruma düşmüşəm". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri