Icma.az
close
up
RU
İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi mövzusunda konfrans keçirilib AZƏRTAC

İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi mövzusunda konfrans keçirilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Bakıda COP29 çərçivəsində Azərbaycan pavilyonunda "İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları COP29-un müxtəlif ölkələrdən insanları iqlim dəyişiklikləri ətrafında birləşdirməkdə bir nümunə olduğunu vurğulayıblar. Azərbaycanın bundan öncə də bir sıra mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran Rumıniyanın sabiq baş naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) PERMIS Baş katibi, səfir Lazar Komanesku COP29un Azərbaycanın potensialını sərgiləmək üçün yaxşı fürsət olduğunu deyib.

Lazar Komanesku bildirib ki, Qara dəniz regionunda ətraf mühitin yaxşılaşdırılması və iqlim problemlərinin effektiv idarə olunması üçün COP29-da bir çox məsələ razılaşdırılıb, bir sıra işlər reallaşdırılmaqdadır.

Komanesku əlavə edib ki, Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verir və QDİƏT-in əlaqədar təşkilatlarında fəal iştirak edir.

Lazar Komanesku bildirib ki, gələn il yanvarın 1-dən təşkilata sədrlik Azərbaycana keçəcək və gələcəkdə idarəetmənin yenilənməsi istiqamətində daha çox iş görüləcək.

“Biz Qara dəniz regionunda, xüsusən də iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli sahəsində əməkdaşlığı gücləndirmək üçün qarşıya qoyulan məqsədlər üzərində intensiv işləməyi səbirsizliklə gözləyirik", - deyə QDİƏT Baş katibi əlavə edib.

Azərbaycanın QDİƏT yanında daimi nümayəndəsi Nərminə Mustafayeva Şuranın Qara dəniz regionunda əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyəti, görülmüş işlər və gələcək planlar barədə danışıb.

Tədbirdə Qara Dəniz Ticarət və İnkişaf Bankının baş katibi Asterios Tsoukalas, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının direktoru Jesus Maestro Qarcia, avstriyalı nümayəndə Freya fon Qrote Azərbaycanın iqlim çağırışlarına qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndiriblər. Natiqlər iqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi barədə fikirlərini səsləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri