Icma.az
close
up
RU
“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib AZƏRTAC

“İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Meksikanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində dekabrın 6-da “İqlim dəyişikliyi və gender əsaslı zorakılıq” mövzusunda məlumat sessiyası keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, BMT-nin Qadınlar Agentliyinin Azərbaycan üzrə Proqram rəhbəri Pərvanə Bayramovanın moderatorluğu ilə keçirilən tədbirin məqsədi hüquqşünaslar və Hüquq fakültəsinin tələbələrinin iqlim dəyişikliyi və gender bərabərliyi haqqında məlumatlılığını artırmaqdır.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxışında bildirib ki, gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində təşviqat işlərinin aparılması səfirliyin fəaliyyətinin mərkəzində dayanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında diqqətə çatdırıb ki, hər il kampaniya çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilir, ictimaiyyətə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışları edilir, kampaniyanın mahiyyəti haqqında regionlarda maarifləndirici seminarlar təşkil edilir.

Məişət zorakılığı və gender əsaslı zorakılıq ilə mübarizə istiqamətində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə mühüm addımların atıldığını qeyd edən A.Sofiyeva “Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində 7 istiqamət üzrə 6 qanun və 5 fərmana dəyişiklik edildiyini diqqətə çatdırıb.

O bildirib ki, son illərdə dünya miqyasında insan hüquqları ilə ətraf mühit arasındakı sıx əlaqənin getdikcə daha geniş miqyasda tanınması bu problemin təkcə ekoloji deyil, həm də insan hüquqları, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm çağırış olduğuna diqqət çəkir. İqlim dəyişikliyinin gender təsirləri nəticəsində qadınların iqtisadi fəaliyyətinə, sosial mövqelərinə və şəxsi təhlükəsizliyinə mənfi təsirlər qaçılmazdır. Ailələrin ümumi sosial-iqtisadi statusuna təsir göstərən bu faktorlar həm də gender bərabərsizliyini dərinləşdirir, çünki ailədaxili resurs bölgüsü və qərarvermə mexanizmləri gender əsaslı fərqlilikləri daha da gücləndirir.

Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyinə diqqət çəkən A.Sofiyeva əlavə edib ki, həmin tədbirdə qaldırılan digər məsələlərlə yanaşı, gender və uşaq məsələləri də aktual mövzulardan olub, eləcə də qadınların və uşaqların rifahını qoruyan siyasətləri təbliğ etmək üçün unikal imkan yaranıb.

Komitə sədrinin müavinin, həmçinin 17 rayonda fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərinin fəaliyyətindən danışıb, qadınların səlahiyyətləndirilməsi və iqtisadi dayanıqlılığının artırılması istiqamətində görülən işlərdən danışıb.

O, iqlim dəyişikliyinin ailənin sosial-iqtisadi vəziyyətinə (qadın və uşaqların) təsiri barədə komitənin təşəbbüsü ilə hazırlanan araşdırma haqqında məlumat verərək statistik rəqəmləri diqqətə çatdırıb. Həmçinin bildirib ki, ən vacib addım ölkədə “Gender bərabərliyinin təmini üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsidir.

BMT-nin Azərbaycandakı rezident əlaqəndiricisi Vladanka Andreyeva “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası haqqında ətraflı məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci hədəfinin gender bərabərliyinə həsr edildiyini qeyd edərək, 2030-cu ilədək buna nail olunması üçün bütün qüvvələrin səfərbər olunduğunu bildirib. BMT rəsmisi iqlim dəyişmələri və gender əsaslı zorakılığın bütün bəşəriyyətə təsir göstərdiyini vurğulayıb və bu sahədə statistik rəqəmləri qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquq və İnsan Haqları İnstitutu Publik Hüquqi Şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov gender əsaslı zorakılıqla mübarizə istiqamətində təkliflər səsləndiriblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri