COP29: İqlim dəyişikliyi ilə mübarizədə CənubCənub əməkdaşlığı üzrə forum keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı üzrə yüksəksəviyyəli forum keçirilib.
AZƏRTAC xəbər verir ki, COP29 məkanındakı Çin pavilyonunda keçirilən tədbirdə çıxış edən Çinin ekologiya və ətraf mühit naziri Huan Runçiu mürəkkəb və dəyişkən beynəlxalq vəziyyət fonunda yalnız çoxtərəfliliyin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi sayəsində qlobal problemlərlə, o cümlədən iqlim böhranı ilə mübarizənin səmərəli ola biləcəyini bildirib. Birtərəfli yanaşmalar, yaşıl maneələr və digər əks tədbirlər qlobal iqlim fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən də inkişaf etməkdə olan ölkələr maliyyələşmə, texnologiya, yaşıl və aşağıkarbonlu keçiddə ciddi çağırışarlarla üzləşib.
Çinli nazir bildirib ki, Cənub-Cənub əməkdaşlığı iqlim böhranları ilə mübarizədə, iqlim idarəetməsi üçün çoxtərəfli proseslərin təşviqində son dərəcə əhəmiyyətli amildir. O, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətindən danışıb, Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf etməkdə olan 42 ölkə ilə memorandum imzalandığını diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil bildirib ki, Cənub-Cənub əməkdaşlığı davamlı inkişaf nail olmaq yolunda vacib amildir. BMT-nin beynəlxalq əməkdaşlıqda Cənub-Cənub platformasını dəstəklədiyini deyən Saymon Stil əlavə edib ki, bu, çoxtərəflilik nümunəsidir. İqlim məsələsində hər ölkənin səsi eşidilməlidir, çünki iqlim dəyişikliyi bütün ölkələrə təsir edir.
Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, Azərbaycan COP29 Sədrliyi dövründə iqlim məsələlərinin həllində bütün tərəfləri bir araya gətirməyə çalışır. O, emosional amillərdən başlayan Cənub-Cənub əməkdaşlığının siyasi mərhələni də keçərək funksional yaşıl əməkdaşlıq səviyyəsinə çatdığını deyib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Liu Hua təmsil etdiyi qurumun texniki dəstək, imkanların yaradılması da daxil olmaqla iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verdiyini bildirib. O, agentliyin Qlobal Cənubla əməkdaşlığı davam etdirməyə sadiq olduğunu söyləyib.
UNICEF-in icraçı direktorunun müavini xanım Kiti van der Heyden iqlim dəyişikliyinin uşaqlara mənfi təsirlərindən danışıb.
Çin ilə Nigeriya, Quyana və Seyşel adaları arasında anlaşma memorandumları imzalanıb.
Tədbirin bölmə iclaslarında Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrdə dayanıqlı inkişafa dəstəyi, Afrikada yaşıl enerji keçidi, “Sıfır-karbon adalar əməkdaşlığı” platformasının qlobal iqlim idarəetməsinə müsbət təsirləri mövzularında müzakirələr təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















