Icma.az
close
up
RU
İqlim dəyişikliyi ilə mübarizədə turizm sektorunun rolu müzakirə olunub AZƏRTAC

İqlim dəyişikliyi ilə mübarizədə turizm sektorunun rolu müzakirə olunub AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 20-də “Turizm sektorunda iqlim ambisiyalarının artırılması — öhdəliklərdən icraya qədər (bərpa/adaptasiya və maliyyə)” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və BMT-nin Turizm Təşkilatı tərəfindən birgə təşkil edilib.

Tədbirdə beynəlxalq nümayəndələr, ekspertlər və turizm sahəsində fəaliyyət göstərən bir sıra şəxslər iştirak ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizədə turizm sektorunun rolunu müzakirə edərək, bu sahədə ambisiyaların artırılmasının vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində bərpa və adaptasiya proseslərinin turizm sektoruna inteqrasiyası, maliyyə dəstəyinin artırılması və davamlı turizmin təşviqi ilə bağlı geniş müzakirələr aparılıb.

Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbərliyi və BMT-nin Turizm Təşkilatının nümayəndələri sektorun gələcək inkişafına dair strateji hədəflər və planlar barədə fikir mübadiləsi aparıblar. Həmçinin tədbir iqlim dəyişikliyinə qarşı effektiv tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyib.

Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov çıxışında bildirib ki, COP29 konfransı təbiət məsələlərinə yönəlmiş iddialı bir gündəmi irəlilətmək üçün nadir fürsət təqdim edir: “Bu tədbir davamlı qida sistemlərinə sərmayə qoyulması, müxtəlifliyin qorunması və icmalar üçün faydalı tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Bugünkü tədbir uğurlu müdaxilələrin müzakirəsi və uyğunlaşan təbiət mərkəzləri üçün təməl hazırlamaq məqsədi daşıyır. Bu model yerli mühitləri qoruyub saxlamağa kömək edir və iqlim tədbirlərinin miqyasını artırmaq üçün maliyyələşdirmə mexanizmləri ilə birləşdirilə bilər. Bu dəyişikliklərə nail olmaq üçün ənənəvi maliyyələşdirmə sistemlərinin artıq köhnəlmiş olduğunu nəzərə alaraq, yaradıcı maliyyələşdirmə həlləri axtarmalıyıq. Bu, ictimai və özəl sektorlarda iştirak edən tərəfləri bir araya gətirərək, müəssisələrə təsirli iqlim layihələrini həyata keçirmək imkanı verməlidir”.

Çıxış edən BMT-nin institusional əlaqələr, tərəfdaşliqlar və təşviqat üzrə direktoru Dilyor Xakimov iqlim dəyişikliyi ilə bağlı müəyyən edilən çərçivənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu çərçivə hökumətlər tərəfindən iqlim sahəsindəki ölçülərin müəyyənləşdirilməsində vacib rol oynayır.

Tədbir müzakirələrlə davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri